emlak1

Əmlak vergisi nədir?

Baxış sayı: 3. 594

Əmlak vergisi – son aylar ərzində vətəndaşlar bu söz birləşməsinə tez-tez rast gəlir. Qapılarına gələn bildirişlər, müfəttişlər onları əmlak vergisini ödəməyə dəvət edirlər. Hansı ki, əvvəllər nəinki belə bir vergi ödəməyiblər, hətta bu barədə heç nə eşitməyiblər də. Ancaq bu, o demək deyil ki, bu vergi qanunvericiliyə əsaslanmır. Beləliklə, gəlin bu “yeni” verginin mahiyyətini aydınlaşdırmağa çalışaq.

2014-cü ilin iyun ayında Milli Məclis Vergi Məcəlləsinə dəyişiklik edib. Dəyişiklik edilmiş qanun 2015-ci ilin 1 yanvar tarixindən qüvvəyə minib.

Bu qanuna əsasən əmlak vergisi 30 kvadratmetri ötən sahənin hər kvadratmetrinə görə hesablanır. Müvafiq olaraq, 30 kvadratmetrədək sahə əmlak vergisinin ödənilməsindən azad olunur.

Qanunda verginin hesablanma qaydası və dərəcələri aydın şəkildə göstərilir. Bildirilir ki, fiziki şəxslərin xüsusi mülkiyyətində olan binalara görə əmlak vergisi onların yerləşdiyi ərazinin bələdiyyəsi tərəfindən hesablanır.

Əmlak vergisi müxtəlif regionlarda müxtəlifdir. Aşağıdakı cədvəldə hər kvadratmetrə görə hesablanan verginin məbləği göstərilir

Dediyimiz kimi, bu, sahəsi 30 kv.metr olan mənzillərə aid deyil, sahəsi daha artıq olan mənzillərdə isə 30 kv.metr ölçü mənzilin ümumi sahəsindən çıxıldıqdan sonra hesablanılır.

 

Yaşayış məntəqələri Fiziki şəxsin xüsusi mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələri

(manatla)

Bakı 0,4
Gəncə, Sumqayıt şəhərləri və Abşeron rayonu 0,3
Digər şəhərlər (rayon tabeliyində olan şəhərlər istisna olmaqla), rayon mərkəzləri 0,2
Rayon tabeliyində olan şəhərlərdə, qəsəbələrdə və kəndlərdə (Bakı və Sumqayıt şəhərlərinin, habelə Abşeron rayonunun qəsəbə və kəndləri istisna olmaqla) 0,1

 

Vətəndaşları narahat edən daha bir sual var: “Bəs “JEK”-lərə, yəni MİS-ə ödədiyimiz ödənişlər nədir?”

Bu sualı aydınlaşdıraraq bildirək ki, MİS-ə edilən ödənişlər vergi deyil, xidmət haqlarıdır: Mənzilə, binaya, həyətyanı ərazilərə MİS tərəfindən göstərilən xidmətə görə edilən ödənişlərə uzun illərdir ki, “ev pulu” adı qoyulsa da, bu, xidmət ödənişidir və yerli bələdiyyələr tərəfindən hesablanan əmlak vergisi ilə heç bir əlaqəsi yoxdur.

Vüsal 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir