goz

Ən azı 10 yaş gənc görünməyin bir neçə sirri

Baxış sayı: 764

Qadınlar yaşlı görünməkdən qorxurlar. Bununla belə, bəzi qadınlar makyajlarını və geyimlərini düzgün idarə edə bilmədiklərindən yaşlı görünməkdən də qaça bilmirlər.

Beləliklə, ən azı 10 yaş gənc görünməyin sirrlərini açacağıq.

Göz ətrafını və üstünü çox qaraaltmaq, ənliyi sifətə əhəng kimi yaxmaq, həddən artıq tünd pamada qadını yaşından çox yaşlı göstərir.

Çalışın vurğunu ya gözə, ya da dodağa vurasınız- ikisindən birinə. Hər ikisinin hədsiz vurğulanması yaşı artıq göstərir. Parıltılı pamada çəkmək üzün qırışlarını vurğulayır, ondan qaçın.

Qaşları süni qalınlaşdırmağa ehtiyac yoxdur, çox nazik də düzgün deyil, yalnız boşluqları tük effekti ilə doldurmaq olar.

Tünd rəng paltarlar da qadının yaşlı görünməsinə səbəb olur, xüsusən tünd zoğalı.

Əgər tünd rəngdə ətək geyinirsinizsə, hökmən köynək açıq rəngdə olmalıdır, yaxud əksinə. Hər ikisinin tünd olması arzuolunan deyil.

Eyni rəngdə işgüzar kostyumlar da qadının yaşını artıq göstərir. İllah da işgüzar görüşlərə kastyum geyinməli olanda, çalışın altından rəngli köynək geyinəsiniz, yaxud şalvarla pencəyin rəngi eyni olmasın. Pencəyin boyunluğu və qolunun ağzı fərqli rəng olan kastyum da geyinmək olar.

Həddən çox daş-qaş taxmaq da qadını yaşlı göstərir. Bir sözlə, yaşlı qadının sadə geyimi onu gənc göstərir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir