geyim

Ən cazibədar şərf bağlama üsulları

Baxış sayı: 2. 528

Artıq havaların yavaş-yavaş isinməsi ilə geyimlərimizdə də bir bahar havası duyulur. Yaz geyimlərinin ayrılmaz parçası isə şübhəsiz ki, al-əlvan nazik şərflərdir. Bu şərflərlə adi, sadə paltara da çox fərqli bir görkəm vermək mümkündür. “Gencaile.az” “Ailem.az”-a istinadən sizə ən cazibədar şərf bağlama üsullarını göstərir.

 

1. Klassik, amma şıq: Boyuna bağlamaq

Çox klassik bir bağlama şəkli olsa da, hələ də ən cazibədar tərzdir. Bunun üçün şərfinizi üçbucaq şəklində qatlayın. Sonra boru şəklində təkrar qatlayın. Uzun və düz bir şəkil alan şərfi bir dəfə boynunuza dolayın və uclarını ön tərəfdə birləşdirin. Ardından boynunuzun yan tərəfində iki ucuna bir düyün ataraq, istifadə edə bilərsiniz.

 

2. Keçmişin əsintisi: Başa bağlamaq

Şərfi istədiyiniz kimi başınıza bağlaya bilərsiniz. Sadəcə boynunuzdan başınızın üstünə gətirib yuxarıda bağlayaraq, ya da saçınızı hörərkən istifadə edə bilərsiniz.

 

3. Biləklərə bağlamaq

Şərfi biləklik olaraq da istifadə edə bilərsiniz. Daha gənc və stil sahibi bir görünüş əldə edə bilərsiniz.

 

4. Kəmər yerinə bağlamaq

Kəmər istifadə etmək yerinə şərfi kəmər olaraq istifadə edə bilər və xoş bir görünüş əldə edə bilərsiniz.

 

5. Çantalara bağlamaq

Çantanın sapına düyün atıb bağlaya bilər, ya da sarıyaraq istifadə edə bilərsiniz.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir