geyim

Ən dəbli ofis geyimləri

Baxış sayı: 2. 501

Hər səhər dolabınızın qarşısında durub geyim seçmək çox çətindir, elə deyilmi? Bəs bu sahədə dəstək alsaydıq, daha yaxşı olmazdımı?

 

NICOLE FARHI
Kolleksiyadakı çiçək təsvirləri, sofistik tərzi gündüz ofisə, gecə isə özəl dəvətlərə getməyə icazə verir. Jackie Kennedy tərzi dar kəsimli, çiçək təsvirli, klassik geyimlərin üzərinə qısa jaketinizi geyinərək gündəlik ofis tərzi yaradın. Çiçək fiqurlu bəzək əşyaları taxaraq ofisin ən dəbli xanımı olacaqsınız. Hətta broşu saç aksessuarı kimi istifadə etmək də mümkündür. Yüksək bel, kloş ətəkləri tək rəng köynəklərlə birləşdirin.

 

AQUASCUTUM

Aquascutum parlaq parçası xanımları ofisin ulduzu etməyə nail olur. Qara paltarı qara rəngli dırnaq boyası ilə tamamlayın. Vəfalı dostunuz isə, yəni, çantanız da tünd göy rəngdə olarsa, daha zərif görünərsiniz. Başdan ayağa mavi rənglər istifadə etmək istəmirsinisə, başqa rənglərə yönələrək kontras yaradın. Ağ paltarları qara hündürdaban stillettolarla və böyük dəri çanta ilə birləşdirib ofis stilinə zəriflik əlavə edə bilərsiniz.

 

DEREK LAM
Kolleksiyada xardal yaşılı və qaranın müxtəlif çalarları hakimdir. Qara rəngi yumşaltmaq üçün ağ rəngi də əlavə edə bilərsiniz. Yaz aylarında krem və karamel tonlarında plaşlarınızı dar şalvarların üzərindən geyinərək daha zərif görüntü əldə edə bilərsiniz. Xardal yaşılı ətəkləri, yaxud şalvarları qara bleyzer pencəklə kombinasiya edin. Başdan ayağa açıq solğun rənglərə müraciət etdiyiniz zaman, neon rəngli aksessuarları artırın.

 

BCBG
Markanın bu mövsüm iki əvəzolunmaz rəngləri var: gümüşü və qəhvəyi rənglər. Gümüş rəngli kombinezona seksuallıq bəxş etmək üçün stilletto və qalın kəmər kimi iddialı aksessuarlarla birləşdirin. Ancaq çox iddialı görünməmək üçün sadə makiyaja üstünlük verin. Qəhvəyi tonlarında sadə və idman geyimləri düz ayaqqabılarla tamamlayaraq ofisdə zərif görüntü əldə edə bilərsiniz.

 

DRIESVAN NOTEN
Modelyerlərin 30-cu illərdən bəri dəbə gətrdiyi baş lentləri sanki kino ulduzunu xatırladır. Üz cizgilərinizə güvənirsinizsə, baş lentlərini ipək köynəklə birləşdirərək vintaj bir görkəm əldə etmək mümkündür. Qara, həcmli çiyinliyi olan pencəklər də bu stili tamamlamaq üçün ideal variantdır. İri günəş eyəkləri ilə rok stili yarada bilərsiniz. Zərif aksessuarlardan isə heç bir halda imtina etməyin. Ən sadə geyimi belə aksessuarların köməyi ilə gözəlləşdirə bilərsiniz.

 

CALVIN KLEIN
Zərif və məsum ağ rəng markanın əsas rəngi olmaqla ciddi geyimlərə həyat verir. Modern kəsimləri, sofistik stilettolarla tamamlayaraq aşırı idman stilində görünmək riskinə son verə bilərsiniz. Yaradıcı aksessuarların köməyi ilə geyimi əyləndirməyə çalışın. Məsələn, taxta dabanlı ayaqqabını, qalın kəmər ya da zərif bəzək əşyaları taxaraq bir addım öndə ola bilərsiniz. Şalvar və pencək dəstini arxadan topladığınız at quyruğu və stiletto ilə birləşdirib klassik görüntü əldə edin.

 

LACOSTE
Lacostenin kv təsvirli şalvarları, rəngli kombinizonları ofis stilinin əvəzolunmazıdır. Kombinozunun çox sadə və gündəlik görünməməsi üçün zəncir saplı çantalarla, hörüklü kəmərlərlə birləşdirərək ofisin ən dəbli xanımı olmağa layiq görüləcəksiniz. Klassik şalvarların ayaqların qatlayıb daha modern tərz yarada bilərsiniz.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir