cay

Ən sevimli içkimiz olan çay barədə bilmədiklərimiz

Baxış sayı: 1. 989

Biz azərbaycanlılar üçün ən vazkeçilməz içki çay sayılır. Elə buna görə də çayla bağlı bir-birindən fərqli adət və məsəllərimiz var. Çay nədir, say nədir? Qonaqdan “çay içirsənmi” deyə soruşmazlarE Hətta və hətta evlilik öncəsi, elçilik mərasimində belə razılıq xəbərini şirin çayla bildirirlər.

Bu yazıda süfrəmizin və gündəlik həyatımızın baş tacı olan çayla bağlı bilinməyənləri nəzərə çatdırır.

Çay içmədən öncə bu məlumatları oxuyun

 

1.Təxminən 3000 növ çay olduğunu bilirdiniz?

Çayların qoxusu, istifadə edilən toxumun növü ilə yanaşı,harada yetişdiyi də fərqlilik göstərir.

Nanə çayı əslində bir çay növü deyil. Dəmləmədir.

Bütün çayların Camellia sinensis bitkisindən əldə edilməsi lazım gəlir. Amma bir çox firma stəkana tökülən hər isti içkiyə çay deməyə öyrəşib.

Çayın kofedən daha çox kofeinə malik olduğunu bilirdinizmi? Amma tam da düşündüyünüz kimi deyil.

Bəli, çay kofedən daha çox kofeinə malikdir. Amma bir stəkan çay hazırlamaq üçün istifadə etdiyiniz çay miqdarı bir stəkan kofedəki kofenin faizindən olduqca azdır. Dolayısı ilə bir stəkan çay içdiyiniz zaman kofe ilə müqayisədə daha az kofein almış olursunuz. Məsələn: Bir stəkan çaydakı kofein miqdarı  – 40-70 mq, bir stəkan kofedəki isə: 100-200 mq-dir.

Stəkandakı çaya südün əlavə edilməsinin onun dadı ilə bir əlaqəsi yoxdur. Bu vərdiş sizin sosial sinfinizi təmsil edir.

Çin istehsalı olan stəkanlara isti su töküləndə çatlamalara səbəb olduğu üçün stəkana öncədən soyuq su tökülərək, çatlamasının qarşısı alınırdı. Daha yaxşı stəkanlar hazırlanmağa başladıqdan sonra, son olaraq stəkana süd tökmək varlılığın bir əlaməti kimi özünü göstərməyə başlayıb.

Çay 18-ci əsrdə çox dəyərli bir məhsul olub. Bu səbəbdən də o, bağlı qutularda saxlanırdı. Bu bəzəkli qutular əsasən bir neçə fərqli çay tipi və ya qənd kimi məhsulları daşımaq üçün də istifadə edilirdi.

Çay bahalı olduğu üçün bir neçə dəfə içinə arzuolunmaz qatqı maddələri də əlavə edilib. Həmin illərdə qeyri-qanuni yollarla daha çox çay idxal edilməyə başlanmışdı. Qaçaqçılar da daha çox fayda əldə etmək üçün çayların içinə fərqli bitki yarpaqları və müxtəlif maddələr əlavə etməyə başlamışdılar.

Bu qatqı maddələrinin arasında qoyun gübrəsi də var. 1770-ci ildə London yaxınlığındakı bir kəndin çay taciri üçün ildə 20 tondan artıq qatqılı çay istehsal etdiyi bildirilib. Hətta çay reseptlərində rəngin alınması üçün qoyun gübrəsi ilə suda qaynadılmış kül yarpaqlarından da istifadə edilirdi.

Qaynar suda çay hazırlamamalısınız. Çünki çay yarpaqlarını yandıra bilərsiniz.

Paket çay nə zaman icad edildi, sizcə? Hələ 1900-cü illərdə paket çaylardan istifadə etməyə başlamışdılar. 1901-ci ildə ilk paket çaydan istifadə edilməyə başlandı. 1908-ci ildə Thomas Sullivan adında bir amerikalı iş adamı paketləri emal etməyə başladı.

O məşhur “Earl Grey” çayı öz adını həqiqətən də Earl Grey-dən götürüb. 1764-cü ildə Earl Greyə berqamot ətirli bir çay hədiyyə edilib. Grey bunu o qədər çox sevib ki, özü də istehsal etməyə başlayıb.

Qara çay dəmir əskikliyinə səbəb ola bilər. Qara çay qəbul etdiyimiz qidalarda dəmiri həzm etməyimizi əngəllədiyi üçün xüsusən də hamilə qadınların içməsi böyük risk daşıyır.

Güclü dağ günəşi və aşağı gecə istilikləri çayların yarpaqlarının yavaş bir şəkildə böyüməsini təmin edir. Bu da çayın özünəməxsus bir qoxusu ilə dünyanın ən bahalı çayı olmasını təmin edir.

Çay əslində bir sidik qovucudur. Çay içəndən sonra daim ayaqyoluna gedilməsinin əsas səbəbi budur.

London çay auksionu 300 ildir davam edir. Hətta 1950-ci illərdə dünyadakı çayın üçdə biri bu auksionda satılıb. Auksionda təklif vermə müddətinin limitsiz olmasına mane olmaq üçün şamlardan istifadə edilirdi. Satışın əvvəlində bir şam yandırılır və müəyyən bir yerə qədər əridikdən sonra bir çəkic aşağı düşər və təklif sonlanırdı.

Mükəmməl bir çay içmək üçün ingilislərin standartı olduqca yüksəkdir:

– Xüsusən farfordan hazırlanmış bir fincana ehtiyacınız var

– Hər 100 ml su üçün ən azı 2 qram çaydan istifadə etmək lazımdır.

– Hazırlandığı zaman istilik 85 dərəcədən artıq olmamalıdır.

– Optimum ləzzət və duyum üçün istilik 60 dərəcədən artıq olmalıdır.

 

Gün ərzində neçə stəkan çay içirsiz?

Çayın tərkibində flavonoid deyilən maddə var. Bu maddə xolesterolun səbəb olduğu damar pozğunluğunun qarşısını almağa kömək edir. Eyni zamanda flavonoid qreyfrut, soğan, qırmızı şərab və qara üzümdə də var. Antioksidan xüsusiyyətinə malik qara çay diş çürüməsinin qarşısını alır. Əgər 10 ildən artıqdır çay içirsənsə, mütəxəssislərə görə, bunun sümüklərin sağlamlığına yaxşı təsiri var. Sümük əriməsinin qarşısını almaq üçün mübarizəni gücləndirir. Sakitləşdirici təsirə malik olub, gərginliyi, stressi azaltmağa dəstək olur. Gündə 3 fincan çay içən insan infeksiyalarla mübarizədə üstün gəlir.

Çayın profilaktik effektini hiss etmək üçün gündə 5-6 fincandan artıq içmək lazımdır. Dəm tünd olmamalı, qaynar deyil, isti içilməlidir. Müalicəvi təsiri üçün çayı yeməkdən 20-30 dəqiqə ya əvvəl, ya da sonra içmək lazımdır. Çay əzələlərin gərginliyini azaldır, ürək döyüntülərini qaydaya salaraq, infarkt və başqa bəlalardan qoruyur, beyinə qansızmanın qarşısını ala bilir. Miqren tutulmalarını götürür, beyin damarlarının fəaliyyətini gücləndirir. Yaddaş və diqqətlə bağlı bir çox psixi proseslərə müsbət təsir göstərir. Stress və depressiyanı aradan qaldırır.

Çayın özəllikləri bununla bitmir. Ən əsası, bu faydalı içkinin ailəni bir yerə yığmağa və Çin filosoflarından birinin dediyi kimi, “əziz dostu qarşılamağa” layiq olduğunu nəzərə alsaq, çayın mehribanlıq yaratmaq xüsusiyyətini ən böyük dəyər kimi qeyd etməliyik.

Əsrlərdir ki, çayın şəfaverici cövhəri insanları bir sıra illətlərdən qoruyur.

Qədim misirlilər çayı qrip, soyuqdəyməyə  qarşı vasitə kimi içir, çayın antibakterial xüsusiyyətlərindən istifadə edərək vəba kimi həzm yolunun infeksion xəstəliklərinə qarşı müalicəvi  vasitəsi kimi istifadə edirdilər.

 

Çinlilər uzun zamandan bəri bu içkini həzm sisteminin yaxşılaşması, əqli və fiziki fəaliyyətin aktivləşdirilməsi üçün istifadə edirlər.

Ekspertlər iddia edirlər ki, əgər çay içməyən insanlar gün ərzində yalnız bir fincan qara, yaxud yaşıl çay içsəydilər, bu, onların sağlamlığının ümumi səviyyəsinə müsbət təsir göstərərdi və eyni zamanda bir çox xəstəlikdən müdafiə edərdi. Əgər siz nə qara, nə də yaşıl çayı sevmirsinizsə, jasmin aromalı yaşıl çay içməyiniz daha məsləhətlidir.

Susuzluğu yatırmaq və sağlamlıq üçün faydasından əlavə çay qədimdən gözəlliyin qorunması üçün də istifadə edilib. Yaşıl çay antioksidləşdiricilərin mənbəyidir. Məhz buna görə yaşıl çay günəş əleyhinə olan kremlərin, sellülit, yaşlanma əleyhinə olan vasitələrin, üz üçün xüsusi tonlaşdırıcıların və şampunların tərkibində istifadə edilir. Yaponiyalılar yüzilliklər boyu müxtəlif sortlu çay dəmləyərək dərinin müxtəlif hissələrinə və saçlara qulluq məqsədilə istifadə edirdilər.

Gün ərzində çox çay qəbul etmək əsəb pozğunluğu, qəbzlik, yüksək təzyiq, əl əsməsi, baş ağrısı və yuxusuzluq kimi hallara səbəb ola, revmatizmdən əziyyət çəkənlərə ziyan vura bilər. Həddindən artıq şəkərli çay içmək isə ürək damar, köklük kimi xəstəliklərə yol açır. Şirin çaydan əl çəkə bilmirsinizsə, dadlandırıcılardan istifadə edə bilərsiniz. Ümumiyyətlə, isə gün ərzində 4 fincandan artıq və tünd çay içməkdən çəkinin. Əlavə hər bir fincan çayı isə bir stəkan su ilə əvəz edin.

Kiçik qaydalara riayət etsəniz, çayın faydaları arta bilər.

Məsələn: çay xərçəng riskini azaldır. Xüsusilə ağciyər, bağırsaq və dəri xərçəngini. Ağır və yağlı yeməklərdən bir saat sonra içilən çay həzmi asanlaşdırır. Çaya rəng verən birləşmələr damar çəpərlərini gücləndirir. Başda beyin qanaması olmaqla hər cür qanama riskini azaldır. Qan dövranını yaxşılaşdırır. Diş minasını qüvvətləndirir. Diş əti xəstəliklərinə qarşı müqavimət yaradır. Bədəndəki zərərli maddələri yox edir. Böyrəklərin daha yaxşı işləməsini təmin edir.

Ziyanlarını bilmədən çay stəkanına yaxın durmayın

Çayın faydalarını yazdıq, amma onun orqanizmə vurduğu ziyanlar da az deyil. Tibb mənbələrindən əldə etdiyimiz məlumata görə, bu ziyanlar aşağıdakılardır:

Hər şeyin artığı ziyan olduğu kimi çayın da artığı ziyandır. Damarların sərtləşməsinə gətirib çıxarır. Mədədə turşuluğu artırdığına görə qastritə yol açır. Yeyilən yeməklərdə dəmirin tez sovrulmasına gətirib çıxarır. Əl titrəməsindən yüksək təzyiqə qədər mənfi təsirləri var. Çayla bərabər qəbul edilən şəkərin də miqdarına diqqət etmək lazımdır.

Yüksək hərarət zamanı isti tünd çay ziyanlıdır və hərarətin daha da artmasına səbəb ola bilər.

Çox isti, qaynar çay içmək olmaz. Belə çay boğaz, qida borusu və mədə xərçənginə səbəb ola bilər. Mütəxəssislərdən tövsiyə – çay dodaqlarınızı yandırmırsa, içə bilərsiniz. Əks halda soyumasını gözləyin.

Yatmazdan bilavasitə əvvəl çay içməyin. Çayın tərkibindəki kofein sinir sistemini oyadır və bu da yuxuya getməyə mane olur. Digər tərəfdən çay sidikqovucu təsirə malikdir ki, bu da gecə rahat yatmağa əngəl ola bilər.

Qida qəbulundan dərhal sonra çay içməyin. Bu zülalların və dəmirin mənimsənilməsini pisləşdirir.

Spirtli içkilərdən sonra çay içmək olmaz. Bu böyrəklər üçün çox ziyanlıdır.

Axşamdan qalan çayı içməyin. Belə çayda artıq faydalı maddələr qalmayıb, mikrobların sayı isə əksinə çoxalıb.

Dərmanın üstündən çay içməyin. Bu dərmanların mənimsənilməsinə mane olur.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir