dekorasiya

Ən ucuz dekorasiya təklifləri – “EVİN İŞİ”

Baxış sayı: 1. 435

Əgər evinizdə dekorasiya yenilikləri etmək istəyirsinizsə və buna maddi imkanınız çatmırsa, bu səbəbdən məyus olmağınıza dəyməz. Bir qədər qəribə səslənsə də, bəzi hallarda evi yeniləmək üçün mütləq pula gərək olmur. Bəs pul olmadan bunu necə etməli? Bu sualın cavabını “Gencaile.az” saytının “Evin işi” rubrikasında tapacaqsınız.  Evinizi tamamilə yeniləməyin iki ucuz yolu var: atmayın, qiymətləndirin.

 

– Köhnə nərdivanlarınızı çox yer tutduğu üçün atmayın. Hər pilləsinə uzundan qısaya doğru taxtalar qoyun. Kiçik toxunuşlarla ayaqqabı rəfi hazırlamaq bu qədər sadədir

– Taxta yeşiklərin ev dekorasiyasındakı əhəmiyyətini bu xəbərdən anlayacaqsınız. Yeşikləri istədiyiniz formada bir araya gətirərək jurnal stolu hazırlaya bilərsiniz. Ayaqlarına təkər taxmaq işlərinizi asanlaşdıracaq.

– Jurnal stolu üçün daha bir ideya. Uzun və düz taxtalar toplayın, onları təmizləyin. Bir-birinə stol formasında birləşdirərək üzərinə şüşə qoyun.

– Bir taxta parçası və bir neçə metr ip götürün. Unudulmaz anlarınızı əks etdirən fotolarınızı iplərdən asın.

– İstifadə etdiyiniz şüşə butulkaları atmayın. Bu şüşələri rəngləyərək maraqlı vazalar əldə edin.

– Köhnə bir qapınız var və hələ atmamasınız. Onu divarınızda möcüzə bir dekorasiya vasitəsinə çevirə bilərsiniz. Ailə fotolarınızı onun içərisinə yerləşdirin.

– Mebelləriniz köhnədir deyə atmayın. Krujeva və boya vasitəsilə onları yeniləyin.

– Kiçik taxta parçalarından möcüzəvi bir divar bəzəyi edə bilərsiniz.

– Divarlarınızı tablolarla bəzəmək istəyirsinizsə, öz tablonuzu özünüz yaradın. Boş bir kağız üzərinə yarpaqları yerləşdirin və boyayın.

– Köhnə şüşə stəkan və badələrinizi şəkildəki kimi bəzəyərək şamdan edə bilərsiniz.

– Yenə qurumuş ağac budaqlarından dekorasiya vasitəsi hazırlayın. Ağac budaqlarını stəkan və ya badənin ətrafına yerləşdirərək içərisinə şam qoyun. Gözəl işıqlanma effekti yaranacaq.

– Evin divarlarını xatirə şəkillərinizlə bəzəyin.

– Bir neçə mismar, bir az ip və fotolar… Xatirə guşəsi yaradacaqsınız.

9

 

yesik

ayaqqabi

1

 

 

 

 

 

stul

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

7

6

5

 

4

3

2

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir