ev isleri

Ən yaxşı sevgili qab yuyan kişidir – ARAŞDIRMA

Baxış sayı: 1. 118

Araşdırma zamanı məişət işlərini bölən cütlüklərin münasibətlərdə daha xoşbəxt olduğu müəyyən edilib. Mütəxəssislərin fikrincə, cütlüklərin intim həyatının keyfiyyəti çox şeydən asılıdır. “Gencaile.az” saytı  Rusiya mətbuatına istinadla xəbər verir ki, üç sosioloq – Yuta institutundan Deniel Karlson, İndianapolis Universitetindən Amanda Miller, Kornelsk Universitetindən Şeron Sassler 1992-1994-cü illərdə və 2006-cı ildə iki sorğu üzərində araşdırma aparıblar. Araşdırmada müxtəlif sosial təbəqədən olan 11000 insan iştirak edib. Bütün iştirakçılar möhkəm münasibətlər üçün nəyin daha vacib olması sualını cavablandırıblar.

ev isleriev isleri

Münasibətlərin möhkəm olması üçün yaxşı intim, sadiqlik, məişət işlərinin bölünməsi və s. bəndlər göstərilib.

Alimlər belə qərara gəliblər ki, birinci və üçüncü bənd hər iki tərəf üçün aktualdır.

Məişət işlərini bölən cütlüklərin münasibətlərdə daha xoşbəxt olduğu müəyyən edilib.

Alimlərin fikrincə, bir insanın gəliri, təhsili və ev işlərini görmək istəyi arasında əlaqə var. Belə ki, orta təhsili və az gəliri olan kişilərə nisbətən, yüksək təhsilli və gəliri olan şəxslər ev işlərində qadınlarına daha çox kömək edirlər.

Eyni zamanda, o da müəyyən edilib ki, qab yumağı və bazarlıq etməyi öz üzərinə götürən kişilər öz qadınları ilə daha az mübahisə edir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir