kisi -yemek

Ərzaq israfının qarşısını necə almalı? – 7 TÖVSİYƏ

Baxış sayı: 1. 227

Yemək israfı insanlığın qaşısında duran əsas problemlərindən biridir. Ərzağın təxminən üçdə biri ya sahələrdə çürüyür, ya da zibilə atılır. Amma israf edilən təkcə yemək deyil. Pul, su, enerji, torpaq və nəqliyyat da boşuna sərf edilir.

Siz yemək atırsınızsa, bu, iqlimin dəyişməsinə də təsir edir, çünki tullantıların böyük hissəsi poliqona atılır və orada çürüyərək atmosferə metan qazı buraxır.

Bütün ərzaq məhsullarını müstəqil bir ölkə kimi təsəvvür etsək, istixana qazlarının həcmi baxımından ABŞ və Çindən sonra üçüncü yeri tutar.

Amma siz bununla mübarizə apara bilərsiz.

 

DÜZGÜN ALIŞ-VERİŞ EDİN

Большинство покупает слишком много еды

Biz əksər hallarda lazım olduğundan daha çox ərzaq alırıq.

Mağazaya getməzdən əvvəl bizə olan ərzaqların siyahısını tutmaq və artıq şeylər almamaq lazımdır.

Bundan başqa, yalnız aldığınız ərzaqları tam işlədib qurtarandan sonra təkrar mağazaya getməlisiniz.

 

ƏRZAQLARI NECƏ SAXLAMAQ LAZIMDIR?

Meyvə və tərəvəzlərin heç də hamısını soyuducuda saxlamaq lazım deyil.

Ərzağı saxlama qaydalarına əməl etməyəndə, o, tez xarab olur.

Çox adam hansı ərzaqları soyuducuya qoymaq lazım gəldiyini bilmir. Nəticədə meyvə və tərəvəzlər çürüməyə başlayır və sonra da zibil yeşiyinə atılır.

Kartof, soğan, pomidor, sarımsaq və xiyarı soyuducuya yığmağa ehtiyac yoxdur, onları otaq temperaturunda da yaxşı qalır.

Göyərtini isə su dolu qabda saxlamaq olar.

Üst-üstə aldığınız çörəyin artığını dondurucuya qoyun.

Supermarketdə və ya hər hansı başqa mağazada görünüşü çox gözəl olmayan, ancaq dadı digərlərindən heç də fərqlənməyən meyvə və tərəvəzləri alın. Ancaq çox adam görünüşə önəm verdiyi üçün onlar satılmamış qalır və zibilə atılır.

Və əgər imkanınız varsa, təzə meyvələri fermerlərdən və ya yarmarkalardan alın.

 

YEMƏYİN QALANINI SOYUDUCUYA QOYUN

Artıq qalmış yeməklərdən yenilərini hazırlamağın bir neçə üsulu var

Yeməyin artığı da faydalıdır.

Tez-tez yemək bişirirsizinizsə və həmişə artıq yeməyiniz qalırsa, həftənin bir gününü ayırıb onları soyuducudan çıxarın – ya o şəkildə yeyin, ya da onlardan yeni bir yemək hazırlayın.

Beləcə qalıq yeməklər zibilə atılmaz və siz həm vaxtınıza, həm də pulunuza qənaət etmiş olarsız.

 

DONDURUCUNU UNUTMAYIN

Meyvə-tərəvəzi və əti dondurucuda uzun müddət saxlamaq olarMeyvə-tərəvəzi və əti dondurucuda uzun müddət saxlamaq olar

Ən yaxşısı ərzağı dondurucuda saxlamaqdır.

Məsələn, yumşalaraq salat üçün yararsız hala gəlmiş tərəvəzləri dondurmaq, sonra da onlardan kokteyl və ya başqa bir şey hazırlamaq olar.

Göyərtiniz çoxdursa, buz qabına yerləşdirib üstünə su tökün və dondurucuya qoyun. Sonra onları ya qızarda, ya da başqa bir yeməkdə istifadə edə bilərsiniz.

İstənilən yeməyin, hətta şorbanın da qalığını dondurucuya qoymaq olar. Beləcə hər zaman sadəcə qızdırılması lazım gələn hazır yeməyiniz olacaq.

 

İŞƏ YEMƏK APARIN

Ən dadlı yemək ev yeməyidir

Ofisdən çıxıb iş yoldaşlarınızla nahar yeməyinə getmək xoşdur, xüsusilə də çox bəyəndiyiniz bir restorana. Amma bu, əlavə xərc və yemək israfı deməkdir.

Ən yaxşısı yeməyi evdən aparmaqdır. Bunun üçün səhərlər nəsə hazırlamağa vaxtınız yoxdursa, dondurucuda qalıb öz vaxtını gözləyən yeməklərdən birini götürün.

 

BULYONLAR HAZIRLAYIN

Bulyon

Yemək artıqlarından bulyon hazırlamaq olar.

Tərəvəzləri və istifadə edilmədən qalmış hər nə varsa, hamısını qızardın və ya isidin. Ardınca qazana qoyub zeytun və ya kərə yağı əlavə edib, su və sevdiyiniz ədvaları da tökməklə vam odda bişirin.

Sonra da öz yaradıcılığınızdan zövq alın.

 

GÜBRƏ HAZIRLAYIN

Gübrəni hətta mənzildə də hazırlamaq olar

Gübrə ərzaq artıqlarından ekologiyaya və təbiətə ziyan vurmadan xilas olmaq üçün çox yaxşı üsuldur.

Bunu evin baxçasında etmək daha rahatdır, amma hamı həyəti olan evdə yaşamır. Bununla belə, gübrəni adi şəhər mənzilində də hazırlamaq mümkündür. O, otaq bitkilərinin inkişafı üçün əla vasitədir.

 

ADDIM-ADDIM İRƏLİLƏYİN

Выброшенная еда

Yeyinti artıqlarını azaltmağın yolları çoxdur və bunu hər birimiz edə bilərik.

Ailənizin gün ərzində nə qədər ərzaq atdığı barədə düşünsəniz, situasiyanı yaxşılığa doğru dəyişə bilərsiz və çox qiymətli təbii resursların qorunmasına öz töhfənizi vermiş olarsız.

Ərzaq alış-verişinə, onları hazırlama və istifadə vərdişlərinizə minimum dəyişikliklər etməniz belə ətraf mühiti müdafiəyə kömək edər. Bu, heç də mürəkkəb məsələ deyil.

Çox az əmək sərf etməklə, siz zibilə atdığınız yeməyin, sərf etdiyiniz pulun və zamanın miqdarını xeyli dərəcədə azalda və təbiətə kömək etmiş olarsız.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir