pomidor maskasi

Ərzaqlar sizə gözəlliyinizi qorumağa necə kömək edir?

Baxış sayı: 250

Hər bir qadın gözəlliyinin qayğısına özünəməxsus şəkildə qalmağa çalışır. Bunun üçün onlar kosmetoloqa müraciət edirlər. Karantin rejimi ilə əlaqədar çölə çıxa bilməyən xanımlar üzdə yaranan problemləri həll etmək və gözəl qalmaq üçün ev şəraitində müxtəlif maskalardan yararlana bilərlər. Bunun üçün ən yaxşısı elə mətbəxdir. Yemək hazırlayarkən əlinizin altında olan ərzaqlar sizə gözəlliyinizi qorumağa kömək edəcək.

Məsələn, pomidor. Pomidor qida rasionumuzda yer alan ən faydalı tərəvəzlərdən biridir. Amma o həm də gözəlliyiniz üçün əhəmiyyətli bir qaynaqdır. Son zamanlar dəri üzərində yoxlanan vasitələrdən biri də pomidor maskasıdır.

Həkim-kosmetoloq Elnarə Rzayeva deyir ki, pomidoru olduğu kimi, kəsib dəriyə sürtmək də inanılmaz yaxşı nəticə verir:

“Pomidorun tərkibində dəri üçün çox faydalı minerallar var. Tərkibində olan bol miqdarda C və E vitamini dəriyə fayda verir.

 

Qışda quruyan dərini nəmləndirir

Pomidor quru dərini nəmləndirir, yağlı dərinin nəm səviyyəsini saxlayır və hamar bir dəriyə sahib olmağı təmin edir.

 

Günəş ləkələrini aparır

Pomidor günəşin ultrabənövşəyi şüalarından qorumağa, dəridə yaranan günəş ləkələrini aparmağa kömək olur.

 

Sızanaqları yox edir

Pomidorun tərkibində salisilik turşusu var. Bu turşu dəridə olan sızanaqların yox olmasına kömək edir.

 

Dərini ağardır

Tərkibində olan faydalı turşular dəri rəngini açır və dərini ağartmağa kömək edir. Pomidoru iki yerə bölüb, üzərinə limon duzu səpin və dərinizin üzərində gəzdirin. Bu, həm məsamələri daraldar, həm də dərinizi ölü hüceyrələrdən təmizləyər”.

Söz düşmüşkən elə , Elnarə xanımın məsləhət gördüyü maskalardan birinin reseptini də təqdim edirik:

 

“Dəri ağartmaq üçün maska:

Bir ədəd pomidoru rəndələyin. İçərisinə bir az un əlavə edin. Xəmir halına gələnə qədər qarışdırın. Əldə etdiyiniz qarışımı üzünüzdə 5 dəqiqə saxladıqdan sonra yuyun”.

Əziz xanımlar, gözəl qalmaq üçün xeyli pul xərcləmə ehtiyac yoxdur. Gördüyünüz kimi sadə üsullarla da bunu etmək mümkündür.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir