Evlenmek

Əsla evlənilməyəcək 5 kişi tipi

Baxış sayı: 2. 351

Qadınlar sevdikləri adamlarla gələcək planlar, evlilik barədə danışanda bəzi kişilər bu məsələlərdən qaçır. Bəzən evliliyə qərar verildiyi ərəfədə qadınlar kişilər tərəfindən heç də xoş olmayan davranışlar görürlər.

Biz də sizə əsla evlənilməyəcək 5 kişi tipini təqdim edirik:

1. Yalnız özünü düşünən kişilər

Yalnız özünü düşünən, əlaqənizdə özünü həmişə öndə tutan. Bu tip kişilər davamlı öz problemlərindən danışır, amma əsla sizin necə olduğunuzu soruşmazlar. Özlərini qiymətli hiss etmək üçün həyatlarında hər zaman bir qadının olmasını istəyən bu kişilər, eyni dəyəri partnyorlarına verməzlər. Evlilik mövzusu açıldığında isə “Mən hazır olana qədər gözləyək” deyib davamlı bu mövzununun üstündən keçərlər.

2. Evlilik danışmaqdan həmişə qaçan kişilər

Evliliklə əlaqədar hər şeydən qaçan kişilər evlənmə fikrini heç vaxt yaxın buraxmazlar. Siz gələcək planlardan bəhs etdikcə o bu mövzunu bağlayar və indi evlilikdən danışmaq istəmədiyini deyər.

3. Karyera düşkünü kişilər

Bu tip kişilər uzun müddət birlikdə olduğunuza baxmayaraq sizdən bir az daha səbrli davranmağınızı istəycəklər. Onlar daim karyeralarına fokuslanacaq. Özü ilə əlaqədar şeyləri hər zaman bir addım öndə tutan bu kişilərin gələcək planları arasında evlilik son sıralarda yer alır.

4. Əyləncə düşkünü kişilər

Həyatdakı tək məqsədi əyləncə və seks olan bu kişilər əsla evlilik düşünməzlər. Bir qadınla uzun müddət birlikdə olmaq, ailə qurmaq və eyni dam altında yaşamaq bu tip kişilərin heç ağlının ucundan belə keçməz.

5. Evlilik planlarınızı bilən amma heç bir hərəkət etəməyən kişilər

Bu tip kişilər evlilik və gələcək planlarınızı saatlarla dinləyirlər. Sizin nə xəyal etdiyinizi çox yaxşı bilirlər və evləndiyinizdə necə mebellər almaq istədiyinizdən belə xəbərləri vardır. Ancaq onun planları haqqında sual soruşduğunuzda “Sən nə istəsən onu edək” ya da “Toyla əlaqədar hər şeyi sən seç, mən qarışmaq istəmirəm” kimi cavablar alırsınızsa dərhal əlaqənizi təkrar nəzərdən keçirmənizdə fayda var




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir