yemeye ne var

Ətsiz makaron piroqu belə hazırlanır – “YEMƏYƏ NƏ VAR?”

Baxış sayı: 321

“Gencaile.az” saytının “Yeməyə nə var?” rubrikasında bu gün sizə ətsiz makaron piroqu reseptini təqdim edəcəyik.

 

Tərkibi:

50 q makaron

10 q kərə yağı

10 q un

1/2 st süd

10 q pendir

3 q duz

15 q suxarı

 

Sous üçün:

5 q un

5 q kərə yağı

1/4 – 1/2 st. ət suyu və ya süd

yumurta

 

Hazırlanması:

Makaronu duzlu qaynar suda bişirin. Tavaya kərə yağı, sonra bir qədər bişmiş makaron düzün. Üzərinə beşamel sousu gəzdirin. Bir neçə sıra bu əməliyyatı təkrar edin. Axırıncı layın üzərinə sous tökün və sürtgəcdən keçirilmiş pendir səpin. Üzərinə yağ və suxarı qoyaraq sobada qızaranadək bişirin.

Beşamel sousu üçün: unu tavada qurudun. Soyudun, sonra qazançaya tökün, üstünə süd töküb qarışdırın. 30 dəqiqə saxlayın. Qarışdırın. 10-15 dəqiqə, qarışdıra-qarışdıra və sous çox qatılaşarsa, süd əlavə edərək qaynadın. Yağ adətən süfrəyə verilən zaman əlavə olunur. Amma ocaqdan götürəndən sonra da qarışdırmaq olar. Bəzən yumurtanı bişirir, xırda doğrayır, sousu ayrılıqda süfrəyə verərkən içinə qatırlar. Həmçinin çiy yumurtanı 1 ç.q. qaymaq və 1 ç.q. limon şirəsi ilə qarışdırıb qaynayan sousa əlavə edirlər.

Nuş olsun!

 

Hazırladı: Aydan Kərimli




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir