evelik dolmasi

Əvəlik dolması necə hazırlanır?

Baxış sayı: 939

Ərzaqlar

Qoyun əti – 108q

Düyü – 30q

Baş soğan – 20q

Göyərti (keşniş, şüyüd və nanə) – 15q

Əvəlik – 40q

Qatıq – 20q

Əridilmiş yağ – 10q

Duz-zövqə görə

İstiot-zövqə görə

Darçın-zövqə görə.

 

Hazırlanması

Qoyun ətinin yumşaq hissəsi baş soğanla birlikdə ətçəkən maşından keçirilir.

Qiyməyə düyü, göyərti (keşniş, şüyüd və nanə), duz,istiot və bəzi hallarda isladılmış noxud ləpəsi qatılır.

Təzə əvəlik yarpaqları qaynar suda pörtülür, duza qoyulmuş yarpaqlar isə yarımhazır vəziyyətə gəlincə suda bişirilir.

Qiymə yaxşı qarışdırılır.

Hər yarpağa orta hesabla 25 q. qiymə bükülüb qazana yığılır, üzərinə su töküb hazır olana kimi, təqribən bir saata qədər bişirilir.

Stola verildikdə ayrıca qabda qatıq qoyulur.Cökə və heyva yarpağından da bu cür dolma bişirilir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir