qadin

Əvəzolunmaz qadın olmağın 5 sirri

Baxış sayı: 2. 181

Kişilərin sizdən imtina edə bilməməsini istəyirsiniz? Əgər elədirsə, deməli, bu yazı məhz sizin üçündür. Əvəzolunmaz qadın olmağın beş sirri ilə məhz bu yazıda tanış ola bilərsiniz.

Romantizm         

Romantika arxasınca qaçanlar yalnız qadınlar deyil. Kişilər də romantik qadınlardan xoşlanırlar. Hər bir sərt kişinin daxilində romantik bir şəxs gizlənir. Onu daxildən yalnız özünə bənzər bir qadın çıxara bilər. Sevdiyiniz sərt kişini əldə etmək istəyirsinizsə, həddini aşmadan romantik olmağa çalışın.

Seksual qadın     

Kişilərin fikri, xəyalı hər zaman seksdə olmur. Ancaq seks onlar üçün önəmlidir. Mətbəxdə aşbaz, uşaqların yanında gözəl ana, yataqda isə seksual qadın görmək istəyərlər. Onu cəlbedəcək, ağlını başından ala biləcək qədər seksual bir qadın olmanızı gözləyər. Onu da unutmayın ki, əlinizdəki silahları doğru zaman və yerdə istifadə etməlisiniz.

 

Səssizlik              

Kişilər özlərinə vaxt ayırmaq istəyərlər və sizdən də bu istəklərinə hörmətlə yanaşmalarını gözləyərlər. Özlərinə özəl vaxt ayırmaları sizdən bezdiyi anlamına gəlmir. Sadəcə, problemlərini düşünə biləcək və rahatlıqla həll yolu tapacağı rahat atmosfer istəyərlər.

Həqiqətlər 

Həqiqəti kim eşitmək istəməz ki? Boş düşüncə və bəhanələrlə başlarını yormaq istəməzlər. Yalnız həqiqəti eşitmək istəyərlər. Yalana heç dözməzlər və bağışlamazlar.

Güldürə bilən qadınlar 

Onun gülüşünə səbəb ola bilirsinizsə, həyatında fərqli bir yer tutacağınıza əmin olun. Kişilər həddi aşmayan zarafatları xoşlayırlar. Onları güldürə və sərtlikdən uzaqlaşdıra bilən qadınlar istəklərinə çatacaqlar.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir