66

Əcəl, intihar, ya qətl? – Məşhurların sirli ölümü

Baxış sayı: 1. 217

Merlin Monro, Elvis Presli, Brus Li, Şahzadə Diana, Maykl Cekson, Uitni Hyuston… Bu siyahını uzatmaq da olar. Onların sirli ölümlərinin üstü hələ də açılmayıb. İnsanlar qəflət ölümləri narahatçılıqla qəbul edir, onları ani ölümün səbəbləri hər zaman maraqlandırır. Bunu nəzərə alaraq “Gencaile.az” məşhurların sirli ölümləri barədə yazını təqdim edir.

1963-ci il, avqustun 5-də Merlin Monronun cəsədi tapılır. Onun mədəsində və qanında yüksək miqdarda yuxugətirci və ağrıkəsici maddələr aşkarlanır. Lakin Monronun ölümqabağı məktub yazmamağı intihar ehtimalını sıfıra endirir. Onun sirli ölümü hələ də gizli qalır. Ancaq bu ölümlə bağlı bir neçə versiya var. Bəziləri bunu Kennedi qardaşları, bəziləri mafia tərəfindən sifarişli ölüm, bəziləri isə bədbəxt hadisə adlandırır.

Şərqin döyüş ustadı, Amerika və Honkonq kinoaktoyru, filosof, kinorejissor Brus Li 1973-cü ildə baş ağrısı üçün qəbul etdiyi ağrıkəsicidən beyninə qan sızaraq ölür. Atasının müəmmalı ölümündən sonra oğlu Brendon Li də kino çəkilşi zamanı dünyasını dəyişir.

149 hit mahnının müəllifi, 3 “Qremmi” mükafatçısı, milyarddan çox plastinkası satılan Elvis Presli 1977-ci il avqustun 17-də öz evində ölür. Lakin üstündən iki saat keçəndən sonra pərəstişkarları onu aeroportda gördüklərini iddia edirlər. Onlardan biri hətta avtoqraf da alır. İmzanın gerçək olduğunu ekspertiza da təsdiqləyir. Kralın müəmmalı ölümü, avtoqraf hələ də hamını şübhələrə salır.

Şahzadə Diana, Dodi Al-Fayed və sürücünün şübhəli ölümü. Onlar 1997-ci il avqustun 31-də avtomobil qəzasında ölüblər. Yüksək sürətlə gələn avtomobil Parisdə tunelin divarına dəyərək qəza edir. Bəzi mənbələr bu qəzada jurnalistləri günahlandırdı. Onların fikrincə, avtomobil onları izləyən jurnalistlərdən qaçmaq üçün yüksək sürətlə gedib. Hadisə zamanı polis ağ “Fiat Uno” avtomobilinin izinə rast gəlib. Şahzadənin ölümünü araşdıran özəl istintaqçının sözlərinə görə, onlar ölkədə olan bütün ağ “Fiat Uno”ları araşdırıblar. Lakin belə bir avtomibilə rast gəlinməyib. Elə bil maşın su olub, göyə sovrulub. Hadisədən iki il sonra qəzetlər qəzada sürücünün günahı olduğunu yazırlar. Jurnalistlər qəzada ölən sürücünü sərxoş olmaqda təqsirləndirirlər. Şahzadənin ölümünü araşdıran digər müstəntiq Donald Makintayer qəzanın Britaniya Hava Qüvvələri tərəfindən törədildiyini iddia edib. Dodinin atası da oğlunun ölümündə Britaniya hökumətini günahlandırıb: “Onlar Diananın müsəlmana ərə getməsini istəmirdilər. Bu qəzada Kraliça ailəsinin əli var. Xüsusi ilə II Yelizavetanın əri Filipp və Diananın keçmiş əri, şahzadə Çarlzın, baş nazir Toni Bleyerin”. Nəhayət, 2008-ci ildə II Yelizavetanın əri, Edinburq hersoqunun şahzadəyə yazdığı hədə-qorxu dolu məktubları üzə çıxır. Alman jurnalsiti Triksi Şol şahzadənin bu qəzadan qısa müddət əvvəl ərəb milyarderi ilə nişanlandığını qeyd edir.

Maykl Cekson 2009-cu il iyunun 29-da Los-Ancelesdəki evində huşsuz vəziyyyətdə tapılır. Şəxsi həkimi, kardioloq Konrad Myurrey sonralar vəkilə Mayklı evin ikinci mərtəbəsində, yataqda ölü vəziyyətdə tapdığını deyib. Ona kömək etməyə çalışıb, yalnız 5 dəqiqə sonra təcili yardıma zəng etmək istəyir. Belə ki, o, müğənninin ev ünvanını bilmədiyi üçün mobil telefondan zəng edə bilmir. Ancaq otaqda da ev telefonu olmur. Yarım saat evin gözətçisini axtarır. Yerli vaxtla 12:21-də həkim yox, gözətçi 911-ə zəng edir. Zəngdən 3 dəqiqə 17 saniyə sonra təcili yardım gəlir. Həkimlər 42 dəqiqə müğənninin üzərində çalışsalar da, onu həyata qaytara bilmirlər.

Növbəti gün hadisəylə bağlı cinayət işi açılır. İyulun 1-də istintaqa Narkotiklə Mübarizə İdarəsi də qoşulur. Avqustun 24-də Tibbi Ekspertizanın cavabı çıxır. Ölüm səbəbi kimi yüksək normada keyidici maddənin qəbulu göstərilir. Həmçinin qanda digər güclü təsirə malik maddələr – Lorazepam, diazepam, midazolom tapılır. Onun mədəsində dərmandan başqa heç nə olmur. Avqustun 28-də Los-Anceles polisi Maykl Ceksonun ölümünü cinayət hesab edir. Noyabrın 29-da həkim-kardioloq Konrad Myurrey cinəyətdə günahlandırılıb 4 il azadlıqdan məhrum edilir.

Onun ölümündə digər bir versiya da çox hallandırılır. İyulun 8-də “Fox News” televiziya kanalı müğənninin çoxlu borcu olduğunu və ölərsə, borc söhbəti bağlanacağını düşünülərək belə addım atdığını deyir. Əslində onun qəbri boşdu.

Devid Kerradayn, “Billi öldürün” filminin qəhrəmanı 2009-cu il iyunun 4-də Tailandın paytaxtında qaldığı oteldə ölü tapılır. O, Tailanda “Stretch” filiminin çəkilişi ilə əlaqədar getmişdi. Tailand jurnalistləri aktoyrun cəsədinin fotolarını yayırlar. Aktorun cəsədi boğazı və penisi kəndirlə bağlı vəziyyətdə otel otağındakı şkafdan tapılır. Polislər aktyorun ölümünü etinasızlıqdan ölümə yol açma kimi qiymətləndiriblər. Belə ki, onlar düşünürlər ki, aktyor həzz almaq üçün bunu edib. Necə ki, başqaları da edir. Polis bunu cinayət kimi qiymətləndirə bilərdi. Lakin otelin kameraları vasitəsi ilə otağa Kerradayın özündən başqa kimsənin girmədiyi görülüb.

Emi Uaynhaus, məşhur ingilis müğənnisi Londonda evində ölü tapılır. Bir neçə ay ölüm səbəbi anlaşılmaz qalır. Yüksək dərəcəli narkotik maddədən istifadə və intihar ehtimalı da istisna edilmir. 2013-cü il yanvar ayında onun alkol zəhərlənməsindən öldüyü təsdiq olunur. Bir müddət sonra müğənninin öldürüldüyü deyilir. Onun anası müsahibələrinin birində qızının xəstə olduğunu, lakin belə qəfildən öləcəyini düşünmədiyini etiraf edib.

Uitni Hyuston 2012-ci ilin fevral ayında, 54-cü “Qremmi” mərasimi ərəfəsində Beverli-Hills otelində ölü taplır. Tibbi ekspertizanın cavabında narkotik maddə istifadəçisi olan 48 yaşlı müğənninin kokain, marixuana və digər narkotiklərdən “kokteyl” qəbul edəndən sonra vannada boğulduğu bildirilir. Həmçinin polis onun otağından “ağ toz” da tapıb. Polis cəsədi tapanda o, yarıya qədər suyun içində olub və bədənində yanıq yaraları da aşkarlanıb. Onlar Hyustonun özündə olmadığı üçün qaynar suya girdiyini düşünürlər. Sonralar onun infaktdan öldüyü də deyilib.

Lakin Hollivudun məşhur dedektivi Pol Hyubl Hyustonun öldürüldüyünü iddia edir. Onun fikrincə, pop ulduz narkotik alverçilərinə borclu olub. Elə onlar da müğənnini öldürüblər. Bədənindəki qırmızı izlər də onu göstərir ki, o, qatilə müqavimət göstərib. Həmçinin müğənninin otağı dağınıq olub. Bəllidir ki, qatil otaqda nəsə axtarıb. Müğəninin ölümü rəsmi açıqlamada bədbəxt hadisə kimi qeyd edilib. 2012-ci il aprelin 12-də Hyustonun ölümü üzrə cinayət işi bağlanıb.

2012-ci il avqustun 19-da Los-Ancelesin məşhur kinorejissoru Vinsent Tomasla eyni körpüdən keçən adamlar dəhşətli bir mənzərənin şahidi olurlar. “Ən yaxşı atıcı” və “İldırımlı günlər” filmlərinin rejissoru körpünün qoruyucularını keçərək bir göz qırpımında özünü körpüdən atır. Köpünün hündürlüyü 50 metr olduğu üçün onun yaşamaq ehtimalı demək olar ki, olmur. Rejissorun avtomobilindən tapılan kiçik qeyddə onu sonuncu mənzilə yola salacaq insanların adını yazır. Məhz həmin insanların onun dəfnində iştirak etmələrini xahiş edir. Siyahıda birinci sıralarda arvadı Donna və uşaqları – Maksa, Frenka və qardaşının adı gəlib.

Siyahıda ən yaxın dostu, Hollivud aktyoru Tom Kruzun da adı olub. Adların qarşısında əlaqə üçün nömrələr də yazılıb. Polisin ilkin ehtimalı intihar olsa da, ona bu addımı atmağa vadar edən səbəbi bilən yox idi. Cəsədin tibbi ekspertizası zamanı onun qanında yüksək miqdarda antidepressant maddə və yuxu dərmanı aşkarlanır. Xoşbəxt ailəsi olan, işində uğurlar qazanan adam niyə bu qədər dərman qəbul etsin? Hamını bu sual düşündürür. Yalnız rejissorun maliyyə problemləri ola biləcəyi son versiya kimi qalır. Sonda məlum olur ki, şirkətin 5 milyondan çox borcu olub.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir