Qadin

Əhəmiyyətini itirmiş dəb qaydaları

Baxış sayı: 1. 681

Bir vaxtlar qızların ayaqqabı ilə çantanı müxtəlif rənglərdə seçməsi ciddi dəb xətası sayılırdı. Xoşbəxtlikdən, bu qayda çoxdan əhəmiyyətini itirib. Amma dəb dünyasında bunun kimi başqa məcburi qaydalar da var.

Bu yazıda əhəmiyyətini itirmiş dəb qaydalarından bəhs edəcəyik.

 

“Bir dəstdə 3-dən artıq rəngdən istifadə etmək olmaz!”

Əgər siz bir neçə parlaq rənglərdən istifadə etməklə obrazın ideal alınmasına şübhə edirsinizsə, onda bu prinsipə riayət etməmək daha yaxşıdır, yaxud bir parlaq rəngi digər sadə çalarlarla uzlaşdıra bilərsiniz. Lakin təcrübədən qorxmayın. Müxtəlif naxışların vəhdəti, rəng bloku və cəsarətli rəngləri birləşdirməklə obrazı tamamilə dəyişdirmək mümkündür.

 

“Geyim nə qədər bahalı olsa, bir o qədər keyfiyyətlidir”

İndiki halda qiymət heç də əsas şərt deyil! Axı istehsalçıların əksəriyyəti məhsullara heç də real dəyəri qoymur. Onların çoxu məhsulun məbləğini alıcılara, yaxud da markanın adına görə təyin edir. Halbuki, demokratik markaların mağazalarında da eyni çeşiddə ideal kəşmiri sviter və pulover tapmaq olar. Onu da qeyd edək ki, bəzi lüks brendlər də sintetik parçadan istifadə edir.

gelinlik

“Eynəklər seksual deyil”

Əksinə! İndi eynək taxan qadınlar kişilərə daha seksual və cəlbedici təsir bağışlayır.

 

“Gəlinliyə qənaət etmək olmaz!

Əlbəttə, toy xüsusi gündür və hər bir qız həmin günün hər cəhətdən mükəmməl keçməsini arzu edir. Bu səbəbdən, çoxları gəlinlik paltarına çox pul xərcləmək lazım olduğunu hesab edir. Toy şənliklərinin təşkilatçıları isə bu fikirlə razı deyil. Onlar bildirir ki, gəlinin ümumi obrazı toy büdcəsinin 10 faizindən çox olmamalıdır. Peşəkarların təcrübəsinə etibar etmək lazımdır!

 

“Zərif qadın obrazı yaratmaq üçün dar paltarlar tələb olunur”

Dar geyimlərin yaratdığı təsiri danmaq böyük ədalətsizlik olardı. Əgər belin incəliyini ön plana çıxarmaq istəyirsinizsə, bunun üçün 50-cı illərin üslubu ən yaxşı seçimdir. Amma yalnız bu yolla məhdudlaşmaq lazım deyil. Zərif görünməyin onlarla üsulu var. Rəng bloku oyunu, yaxud kəmərlə daha zərif qadın obrazı yaratmaq olar.

 

“Eleqant obraz yaratmaq üçün dikdaban ayaqqabılar əsas şərtdir”

Dikdaban geyinən qadınlar çox gözəl və seksual görünür, lakin bunun eleqantlıqla heç bir əlaqəsi yoxdur. Məsələn, dünyanın ən gözəl dəb ilahəsi – Odri Hepbern öz boyundan utandığı üçün dikdaban ayaqqabıdan çox az istifadə edirdi. Buna baxmayaraq, onun adı hələ də zəriflik təcəssümüdür.

 

“Klassik geyimlərə xərclənən pul ən ağıllı sərmayədir”

Qara qısa don və ya qəhvəyi plaş heç kimə mane olmur, ancaq onları geyinməyəcəksinizsə, pullarınızı boş yerə göyə sovurmayın. Bunun əvəzinə, mütəmadi olaraq geyindiyiniz paltar və ya istifadə etdiyiniz aksessuara üstünlük verin.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir