eller

Əllərin üşüməsi hansı xəstəliyin əlaməti ola bilər?

Baxış sayı: 1. 383

Bəzi insanlar soyuğa dayanıqlı olsalar da, digər qismi bir o qədər həssasdır. Araşdırmalar sübut edib ki, üşümə halları ən çox qadınlarda olur. Çox zaman üşümə ilk olaraq əldən başlayır. Daha sonra isə ayaq, burun üşüməyə başlayır və getdikcə vücuda yayılır. Ancaq əl üşüməsinin bir çox səbəbləri var. Bəzən isə bu, yaranan xəstəliyin xəbərçisi olur.

 

Üşümə hansı hallarda daha çox yaranır?

Qansızlıq (anemiya)

Stress

Siqaret, spirtli içkilərdən istifadə

Raynaud xəstəliyi

İstifadə edilən bəzi dərmanların əks göstərişi

İmmun zəifliyi

Yüksək təzyiq

Diabet xəstəliyi

Nevrozluq

 

Adı çəkilənlərdən əksəriyyəti bilinən problem olsa da, raynaud xəstəliyindən bir çoxları xəbərsizdir.

 

Bəs raynaud xəstəliyi nədir?

Bu xəstəlik üşüməklə başlayıb daha sonra ağrıya çevrilir. Xəstəliyə yoluxanlar daha çox üşüyürlər və barmaqlarında saralma meydana gəlir. Belə insanlar qidalarına diqqət etməlidirlər. Vitamin, mineral cəhətdən zəngin qidalardan istifadə etməlidirlər.

Əgər üşümə halının səbəbi qanazlığından irəli gəlirsə, tərkibində dəmir olan qidalar yeyilməlidir.

Qeyd edək ki, əlləriniz üşüməyə başlayanda zəncəfil, darçın, bitki yağları ilə masaj edərək isinməsinə yardım edə bilərsiniz. Bu cür insanlar spirtli içkilərdən uzaq durmalıdırlar.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir