masin

Ən bahalı klassik avtomobillər

Baxış sayı: 1. 400

1937 Bugatti Type 57S (4.4 milyon $)

ən bahalı klassik avtomobillər

Bugatti Type 57S modeli ilk əvvəl Earl Howe tərəfindən satın alınmışdı. Howe avtomobilə yeni buferlər, baqaj və yan şüşələr əlavə etmişdi. Daha sonra bir sonrakı sahibi olan JP Tingay tərəfindən Marshall K200 supercharger əlavə edildi. Sonda Dr. Carr bu avtomobili aldı.

Yaxın dövrdə həyatını itirən Dr Harold Carra aid olan bu avtomobil yaxınları tərəfindən satışa çıxarıldı. Avtomobil 2009-cu ilin fevral ayındakı Bonham Retromobile Avtomobil Sərgisində hərracla 4.4 milyon dollara satıldı.

007 Aston Martin dB5 (5-10 milyon $)

ən bahalı klassik avtomobillər

Dünyanın ən bahalı klassik avtomobilləri siyahıyısında qeyri-adi bir əlavə olaraq 1964 Aston Martin db5 də iştirak edir. Bu klassik avtomobil bir neçə unikal xüsusiyyətə malikdir. Avtomobil “Goldfinger” və “Thunderball” filmlərində gründükdən sonra 1969-cu ildə radioçu Jerry Lee tərəfindən 12.000 dollara satın alındı.

Avtomobil 27 oktyabr 2010-cu il tarixində “London Avtomobil” tenderində iştirak etdi. Digər dB5in isə 1997-ci ildə baş verən bir oğurluqdan sonra məhv edildiyi düşünülür. Avtomobil tarixində əhəmiyyətli yeri olan bu avtomobilin 5-10 milyon dollar arasında qiyməti olduğu düşünülür.

Ferrari 250 GT California Spyder (11 milyon $)

ən bahalı klassik avtomobillər

Bir hərrar zamanı satılan bu avtomobil James Coburna aid idi. 2008-ci ilin mayında satılmış Ferrari 250 GT iyirmi beş il boyunca davam edən Steve McQueen və James Garner rəqabətində istifadə edildi. Pininfarina tərəfindən hazırlanan Ferrari Coburnun şərəfinə “Kaliforniya” adını alıb.

1957 Ferrari 250 Testa Rossa (12.4 milyon $)

ən bahalı klassik avtomobillər

Fərqli bir dizayna sahib olan bu avtomobil yarışlarda iştirak edib və 1958 – 1961 illəri arasındakı on yarışın hamısını qazandığı üçün məşhurdur.
Piero Drogoin sürdüyü xüsusi avtomobil, 1958-ci ilin yanvar ayındakı 1.000 km-lik Buenos Aires yarışında 4. sırada iştirak edib. Ferrari 250 Testa Rossa keçirilmiş bir hərracda 12.4 milyon dollara satılıb.

Rolls-Royce Phantom II Continental (13 milyon $)

ən bahalı klassik avtomobillər

Almaniyada olan Rolls-Royce muzey sahibi Hans-Gunther Zach “Hindistan Ulduzu” adlı bu avtomobilin də daxil olduğu bütün kolleksiyasını muzeyin qalasında satmağa qərar verdi. Rolls-royce Continental Phantom II indiyə qədər istehsal edilən 281 ədəddən biri idi.

Rajkot Mihracesi üçün yaradılmış avtomobil narıncı alüminium rəng birləşməsi ilə nəzərdə tutulmuşdur. Hindistan Ulduzu hərracda 13 milyon dollara satışa çıxmışdı. Ancaq bilinməyən bir səbəbdən ötrü daha sonra siyahıdan qaldırıldı.

Bugatti Type 57S Atlantik (30-40 milyon $)

ən bahalı klassik avtomobillər

Bu modeldən yalnız dörd ədəd istehsal edilib və onlardan cəmi ikisi qalıb. Biri Bugatti kolleksiyaçısı Dr Peter Williamsona, digəri isə stilist Ralph Laurena aiddir. İkinci sahibi tərəfindən yüksək səviyyədə yenilənən və bəzi əlavələr edilən avtomobil 30-40 milyon dollar arasında bir qiymətlə adı açıqlanmayan bir alıcıya satılmışdır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir