d9c6cb78e5f998d8423c2937ab4a3ff1

Ən etibarsız smartfonlar hansılardır?

Baxış sayı: 244

“Blancco” tədqiqat şirkətinin mütəxəssisləri bildiriblər ki, dünyada ən etibarsız smartfonlar iOS əməliyyat sistemi ilə çalışan smartfonlardır. 

“Svopi.ru”nun verdiyi məlumata görə, nöqsanların böyük hissəsi – 58 faizi məhz belə cihazlarda qeydə alınır. Bu sahədə olduqca yüksək göstəricilərdən birini “Google”un əməliyyat sistemi olan “Android” də nümayiş etdirib – 35 faiz. Mütəxəssislər qeyd edib ki, bu ilin birinci rübündə vəziyyətə başqa idi – müvafiq olaraq 25 faiz və 44 faiz.

Araşdırma zamanı təşkilatın əməkdaşları təkcə proqram əlavələrinin qəzalı vəziyyətdə bağlanmasını yox, bir çox başqa faktorları da nəzərə alıblar. Bunların arasında Wi-Fi-ya və mobil internetə qoşulmada problemlər, kameranın qeyri-stabil işləməsi, həmçinin akkumulyatorun və kameraların nasaz vəziyyətə düşməsi də var.

“Blancco”nun verdiyasına görə, ən pis iOS cihazları bunlardır: “iPhone 6” (29%), “iPhone 6s” (23%), “iPhone 6s Plus” (14%), “iPhone 6 Plus” (13%) və “iPhone 5s” (8%).

“Android” cihazlara gəldikdə isə, onların arasında ən etibarsızı “LeTV 1 S” (10 faiz) olub. Buna baxmayaraq, əsasən nasazlıqlar toplu olaraq “Samsung” (26%) modellərində müşahidə edilir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir