yemek

Ən qəribə süfrə adətləri

Baxış sayı: 1. 337

“Gencaile.az” müxtəlif ölkələrin fərqli yemək mədəniyyətlərini təqdim edir.

 

Çində yemək qaydaları haqqında batil inanclar olduqca çoxdur. Yeməkləri çubuqla yeyərkən əlinizdəki çubuğu başqa birinə doğru uzatmanız kobudluq hesab edilir. Ən əsası yemək yeyib qurtardıqdan sonra çubuqları yeməyə batırıb boşqabda buraxmayın. Bu hərəkət restoran, ya ev sahibinə qarşı həqarət hesab olunur, eyni zamanda evi və ya restoranı lənətləmiş kimi olursuz.

Yapon mətbəxi özünəməxsus yeməkləri ilə tanındığı kimi, yemək qaydalarına görə də fərqlənir. Chopstik adı verilən çubuqlarla yapon yeməklərini yeyərkən öz çubuğunuzla başqasının boşqabına yemək qoymayın. Bu, sanki sevdiyiniz birinin ölüb yandırıldıqdan sonra sümüklərini başqa birinə verəcəksiz anlamına gəlir.

Yeni Qvineyada qadınlar üçün yemək tabuları olduqca çoxdur. Əgər bir qadın menstruasiya dövründədirsə, banan, qırmızı meyvə və təzə ət məhsulu yeyə bilməz. Kişi də menstruasiya dövründə olan qadının bişirdiyi yeməyi yeməməlidir. Əgər yeyərsə, ölümcül öskürəyə tutala və ölə bilər.

Hindistanda inəkləri yemək qadağandır.

Rusiyada yeməyə dəvət edilən gözəl qadınlar yanlarında pulqabı gətirməzlər. Buna görə qadınla yeməyə çıxırsızsa, alman üsulunu unudub yanınızda pulqabı gətirməyi unutmayın.

Yamaykada hələ danışmayan uşaqlara toyuq əti verilmir. Onların lal olacağından qorxurlar. Uşaq yumurtanın yarısını yeyərsə, böyüyəndə oğru ola bilər. Süd içərsə, böyüyəndə spirtli içki aludəçisi ola bilər deyə süd verilmir.

İtaliya mətbəxi bir çox insanın sevimlisi olan yeməklərlə zəngindir. Bu ölkədə yemək yeyərkən ilk dəfə edilən yemək təklifini heç vaxt qəbul etməyin. Bu, kobudluq olar. İkinci təklifdə artq sərbəstsiniz.

Nigeriyada bir uşağın hindistan qozu südünü içməsi onun zəkasını itirəcəyi anlamına gəlir.

Fransada restorana getdiyinizdə yeməyinizi tələsik yeməyin və mümkünsə, hamısını bitirməlisiz. Əgər bitirməyib qalanını evə aparmaq istəsəniz, bu, yeməyi bəyənmədiyinizə işarə ola bilər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir