1 aprel

Ən uğurlu 1 aprel zarafatları – MARAQLI

Baxış sayı: 2. 340

Bu gün bütün dünya beynəlxalq gülüş yaxud zarafat gününü qeyd edir. Gülüş gününün yaranma tarixi ilə bağlı fərqli fərziyyələr və fikirlər olsa da, real həqiqət heç zaman müəyyən olunmayacaq. İstənilən halda, bu gündə dünyanın əhər yerində insanlar öz yaxınları, dostları və ailə üzvləri ilə müxtəlif zarafatlar edirlər. Bəzən bu zarafatlar həddən artıq ciddi olur və cəmiyyətdə belə səs-küy doğurur.

“Gencaile.az” 1 aprellə bağlı ən uğurlu zarafatları və onların tarixçəsini təqdim edir.

 

lenin

Lenin cəsədi və Disneyland

1995-ci il aprelin 1-də İrish Times qəzeti Disney-in Leninin cəsədini pulla satın aldığını yazmışdı. Yazıda Disneyland-in proletariat liderinin cəsədini stroboskop altına yerləşdirəcəyi və onun fonunda Ronald Reqyanın “şər imperiyası” adlı məşhur nitqindən fraqmentlərin gedəcəyini yazırdı. Yaxınlıqdakı dükanlar isə SSRİ-yə aid yeməklər satmalı və sovet simvoliaksı təsvir olunmuş köynəklər paylamalı idi. Məqalə çap olunduqdan az sonra İrish Times-a zəng edən insanlar cəsədin Moksvada qalmasını tələb edir və hiddətlərini bildirirdilər. Növbəti gün qezət təkzib verərək oxucularından 1 aprel zarafatına görə üzr istəsə də, narazılıq uzun müddət qalmışdı.

 

pepsi

Pepsi döyməsi və 10%-lik güzəşt

National Public Radio 1994-cü il 1 apreldə verdiyi elanda öz üzərinə Nike yaxud Pepsi döyməsi vuran hər kəsin ömürlük 10%-lik endirim alacağı deyilmişdi. Növbəti gün radio bunun bir zarafat olduğu elan edən zaman redaksiyaya gələn 20-dən artıq gənc söz verilən endirimi tələb etmişdilər.

mesel

Olimpiya mənşəli və gözlənilməz final

Avstraliya sakini Barri Larkinin uzaq 1956-cı ildə etdiyi zarafat isə bu gün də gülüş doğurur. Həmən il Melburnda Olimpiya Oyunlarının keçirilməsi ilə bağlı çempion Harri Dillon mənşəli Melburunun mərkəzinə gətirib merə təslim etməli idi. Lakin internetin olmadığı dövrdə Dillonun üzünü çox az adamın tanıdığı üçün Barri Larkin oxşar geyimdə, əlində mənşəl Melburunun mərkəzi yoluna çıxmışdı. Minlərlə insanın alqışı altında mer Pet Hillsin yanına gələn Larkin ona olimpiya mənşəlini təqdim edir. Bir müddət sonra hər kəsdən gülüş səsi çıxır. Aydın olur ki, merin əlindəki mənşəl içində tumanın yerləşdiyi və pivə butulkaları ilə bəzədilmiş stul ayağı imiş. Mer özünü itirməyərək bu planın öncədən planlaşdırıldığını deyib. Zarafatcıl Larkin isə kütlənin arasına qarışaraq ərazini tərk edib.

 

Britaniya kralı ilə sərt söyüşlü zarafat

XX əsrin əvvəllərində Londonda yaşayan zəngin ailənin varisi və zəkalı Horasiya de Vir Koula ağıllı zarafatları ilə məşhur idi. Bir dəfə o, Londonun mərkəzindəki Pikadillini qazmağa vadar edərək bunun şənbə iməcliyi olduğunu demişdi. Daha bir dəfə isə qrim altında gəmiyə gələrək özünü Həbəş kralı kimi qələmə vermişdi. Lakin onun əın məşhur zarafatı Britaniya kralı Eduardla bağlı idi. Londonda tamaşalardan birinə satılan biletlərin yarısını satın alan Koula onları teatrın parterinə xüsusi olaraq elə yerləşdirmişdi ki, onların keçəl hissələri ədəbsiz sözü xatırladırdı və kralın gözləri qarşısında yerləşmişdi. Kralın zarafata reaksiyası məlum olmasa da, tamaşanın uğurla keçdiyi bildirilirdi.

Bred Pitt

Bred Pitt və dünyanın sonu

Hollivud ulduzu Bred Pit də sərt 1 aprel zarafatlarının tərəfdarıdır. Belə ki, 2000-ci ilin aprelində aktyor dostlarına dünyanın sonunun yaxınlaşdığını deyərək onları icarəyə götürdüyü evə gətirmişdi. Gecə yarsıı aktyor inandırıcılığı artırmaq üçün xidmətçilərdən gizlibcə, işığı və telefonu kəsməyi xahiş etmişdi. Sonda isə, evə daxil olan silahlı şəxslər qonaqlardan birini narkotacir kimi həbs etmişdi.




1 şərh “Ən uğurlu 1 aprel zarafatları – MARAQLI

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir