isgence

Ən vəhşi İŞGƏNCƏ ÜSULLARI – (18+)

Baxış sayı: 2. 600

Müxtəlif işgəncə növləri var. Ən qəddar və qorxulu işgəncə alətləri məhz orta əsrlərdə mövcud olub. Xristianlığın ədalət məhkəməsi inkvizisiya ədalətin bərqərar olması üçün çox sayda işgəncə alətləri kəşf edir, həmin alətlərlə günahkar bildiyi insanlara müxtəlif əzab verirdilər. Nəticədə onların əksəriyyəti ölürdü.

“Gencaile.az” “Publika.az”-a istinadən onlardan ən dəhşətlilərini təqdim edir:

 

Eretika Çəngəli

İspan kəşfiyyatı zamanı istifadə olunub. Mexanizm iki tərəfli çəngəli xatırladır. Boğaza dirənən çəngəl işgəncə zamanı başqa heç bir orqanı zədələmir. Çəngəlin üzərinə “mən inkar edirəm” sözləri həkk olunub. Alət balaca tərpəniş də belə dözülməz ağrı verir. Bunun nəticəsində insanın boğazında yara əmələ gəldiyi üçün infeksiya düşür və ölür.

Armud işgəncəsi

Ən qorxulu alət sayılır. Bu işgəncədən sonra heç kəs sağ çıxmır. Alət görünüşcə metal armuda bənzəyir. Həmin aləti ağıza, vaginaya və arxadan insana salırdılar. İçəri daxil ediləndən sonra alətin ağzı açılır və iynə sonluğu insana dözülməz acı verirdi. Adətən bu alətlə fahişəliklə təqsirlənən qadınlara işgəncə verirdilər.

Siçanlarla işgəncə

Lüt insanın sinəsinə ac siçanlarla dolu qəfəs qoyurdular. Qəfəs aşağıdan açılırdı. Daha sonra siçanların cəld hərəkət etməsi üçün qəfəsin üzərinə köz qoyurdular. İstidən tez xilas olmaq üçün siçanlar özlərinə yol qazmaq məqsədilə insanın sinəsini gəmirirdilər. Nəticədə insan cəhənnəm əzabı çəkərək ölürdü.

İudanın beşiyi

Bu alət piramida formasındadır. Onun iti yerinə lüt insanı otuzdururdular. Tədricən alət insanın bədəninə nüfuz edərək oynaq və arxa hissəsini dağıdırdı. Bu işgəncədən sonra bir neçə adamın sağ qaldığı bilinir. Qalanları isə izləyənlərin gözü önündə ağlayaraq acılar içində vəfat edib.

Dəmir qız

İlk dəfə “Dəmir qız” adında alət 1515-ci ildə hazırlanıb. Xarici görünüşü sarkofaqa oxşayan bu alətin içində çoxlu mil uclar var. Onlar insan bədənin ən önəmli orqanlarını zədələmək üçün xüsusi şəkildə düzülüb. Günahkarı sorğuya tutan zaman tabutun içinə yerləşdirirdilər. İşgəncə saatlarla, hətta günlərlə davam edə bilərdi. İnsan huşunu itirən kimi onun bədənini həmin mil uclar vasitəsi ilə deşirdilər. Ölüm dərhal gəlmirdi, günlərlə uzana bilərdi.

Mis öküz

“Mis öküz” aləti Yunanistanlı həkim Perilla tərəfindən kəşf olunub. Öz sənət əsərini məşhur Sicilya Tiranına hədiyyə verib. İşgəncə zamanı insanı xüsusi hazırlanmış qapıda mis öküzün içinə qoyaraq, öküzün qarnının altında ocaq yandırardılar. İnsan bişirək, acılar içində ölürdü. Yeri gəlmişkən, belə edam olunanlar bəzək və talisman kimi istifadə edilirdi.

Dəhşətli şərq işgəncələri

Şərq əzabları avropalıların kəşf etdiyi işgəncələrdən fərqlənirdi. İstənilən şərq işgəncələrində əsas məqsəd qurbana psixoloji əzab verilməsi idi. Qeyd etmək lazımdır ki, şərq işgəncələri hər zaman ölümlə nəticələnmirdi.

İmperatorun düşmənlərini cəzalandırmaq üçün şərqdə qıdıq və sudan istifadə edirdilər. Başqa bir işgəncə isə insanın tərpənə bilməyəcəyi yeşiyə yerləşdirilməsi idi. “Donuz-insan” işgəncəsi isə insanları qorxutmaq üçün kəşf olunmuşdu. İnsanın ayaqlarını dizlərinə kimi, qollarını dirsəklərinə kimi kəsirdilər, kar, lal və kor edərək, donuz pəyəsində ömrünün sonuna kimi yaşamağa məhkum edirdilər.

Ən qorxulu işgəncə isə Siam idi. İnsanın bədənindən bəzi yerləri kəsərək içinə əridilmiş qurğuşunlar doldururdular. Bu işgəncə xüsusən hərəmxanalarda sözə baxmayan qadınlar arasında məşhur idi.

Tarixin ən dəhşətli işgəncəsi

Dünyanın ən dəhşətli işgəncəsi isə fars şahzadəsi Parisatidanın sevimli oğlu Kiranın qatili üçün düşündüyü işgəncədir. Mitridat adlı qatilin bədənin iki taxta təknə arasına qoyaraq yalnız başını çöldə saxlayırlar. Qatilin başına isə bal və süd çəkirlər. Bu isə müxtəlif həşəratları ora cəlb edir. Mitridatı tez-tez yedizdirdikləri üçün kəskin ishala səbəb olurdu. Nə altı, nə üstü təmizlənmədiyi üçün qatilin nəcisinə də həşəratları toplaşırdı. Gəmirici həşəratlar yavaş-yavaş qurbanın bədənini gəmirməyə başlayırdı. Nəticədə Mitridat 17 gün içərisində zülm çəkərək ölür.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir