6431d226cddf06431d226cddf116809866626431d226cddee6431d226cddef

Ər-arvad həbsxanası

Baxış sayı: 431

Kiçik və sakit bir Rumıniya kəndi Birtanın kilsə ərazisində çox qəribə bir şəkildə – “nikah həbsxanası” adlandırılan gözə çarpmayan bir kottec var.

Məhz burada evlilikləri uğursuz olan cütlüklər bir dəfə iki həftəyə qədər qapalı qalaraq problemlərini həll etmək üçün göndərilirilir. Bu metodun o qədər təsirli olduğu deyilir ki, qeydlər son 300 ildə bölgədə yalnız bir boşanma hadisəsinin baş verdiyini göstərir.

Birtan Transilvaniyada hələ də möhkəmləndirilmiş kilsəsi olan 150-dən çox kənddən biridir. Bu kilsələr 13-16-cı əsrlər arasında, Transilvaniyanın Macarıstan krallığının tərkibində olduğu və Osmanlı imperatorluğunun yüksəlişi dövründə inşa edilib.

Osmanlı və tatar basqınlarından qorunmaq üçün bölgənin ən mühüm şəhərləri tamamilə möhkəmləndirilib və kiçik icmalar kilsənin ətrafında istehkamlar inşa edib, burada öz ən qiymətli mallarını saxlamaq və uzunmüddətli mühasirələrə tab gətirmək üçün müdafiə qüllələri və anbarlar əlavə ediblər.

Birtanda ən əhəmiyyətli bina, ətrafdakı kəndlərə baxan divarları olan bir təpənin üstündə möhkəm tikilmiş kilsə olub. Ərazidə içərisində bir otaq olan kiçik bir bina var, zirzəmidən bir qədər böyükdür.

Boşanmaq üçün yerli yepiskopa müraciət edən cütlüklər, problemlərini həll etmək üçün maksimum iki həftə – bəzi mənbələrə görə, altı həftə – ər-arvad həbsxanasına göndərilir. Otaq stol və stul, sandıq və ənənəvi sakson çarpayısı ilə təchiz olunub. Evliliklərini düzəltməyə çalışan cütlük bu balaca məskəndə bir yastıq və adyaldan tutmuş, boşqab və qaşığa qədər hər şeyi paylaşmalı olur.

Lüteranlığa görə boşanmaya yalnız müəyyən səbəblərə görə icazə verilir, məsələn, zina. Amma boşanmadan əvvəl adətən cütlüklərə barışmaq imkanı verilir. Üstəlik, əgər ər-arvad hələ də boşanmaqda israr edərsə, o zaman ər qazancının yarısını birinci arvadına verməlidir, ikinci və sonrakı talaqlarda isə ikinci və sonrakı arvadlara heç bir şey etibar etmir.

“Birlikdə qalmağın səbəbi yəqin ki, sevgi deyil. Səbəb işləmək və yaşamaqdır”, – Birtanın indiki keşişi Ulf Zieqler izah edib.

Əgər ər-arvad altı həftə içəridə qapalı qaldılarsa, növbəti il özlərini qidalandırmaq çox çətin olur, buna görə də çölə çıxıb birlikdə işləməyə davam etməli olurlar.

Kiçik qaranlıq otaq indi bir muzeydir, lakin Ziqler deyir ki, bu gün də həbsxanadan öz evliliklərini bərpa etmək üçün istifadə etməyi səbirsizliklə gözləyən cütlüklərdən istəklər alır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir