GENC

Ərgən kimdir, nə istəyir, onunla nə etməli?

Baxış sayı: 4. 305

Yeniyetməlik uşaqlıq və gənclik arasındakı fırtınalı dönəmdir. Həm psixoloji, həm fiziki dəyişiliklər baş verən bu dönəmdə duyğulardakı eniş-yoxuşlar, yeniyetmələrin özünü tapa bilmə mübarizəsi ehtiva olunur. Bəs bu yeniyetməlik fırtınasından necə sovuşmaq olar?

Hər yeniyetmə bu fırtınalı dönəmdən müxtəlif şəkildə çıxır. Övladınızı başqa uşaqlarla müqayisə etmək, başqa yolları dəyərləndirmək əvəzinə, bir valideyn olaraq ondakı bu duyğusal dəyişimi qəbul etmək fırtınalı dönəmi asanlaşdıracaq.

Uşağınızın hisslərini anlayırmış kimi davranmaq, ağıl vermək yerinə, ondan nə hiss etdiyini soruşmalı, duyğu və düşüncələrini ifadə etməsi üçün imkan yaratmalısınız.

Yaradacağınız bir şərait, ona sevgiylə yanaşmağınız, onun hisslərini anladığınız mənasını verəcək. “Mən bu yaşlarda ikən…”, “Mən də eyni şeyləri yaşadım..” demək əvəzinə, “Mən sənin nələr hiss etdiyini anlamağa çalışa bilərəm” “…. məsələ haqda nə düşünürsən? “,  “Səni anlamağım üçün mənə kömək edə bilərsənmi?” kimi cümlələr qura bilərsiniz. Beləliklə, uşağınız özünü daha özəl hiss edəcək və onun duyğu, düşüncələrinə hörmət etdiyinizi başa düşəcək.

Uşağınızın ən çox ehtiyac duyduğu məsələlərə daha çox toxunun. Beləliklə, aranızdakı bağlılıq daha da güclənəcək və yeniyetməlik dönəmi daha rahat davam edəcək.

Uşaqdakı dəyişikliyi qəbul etmək hər bir valideyn üçün çətindir. Ancaq bu dəyişkən dönəmə ayaq uydurmalı və dəyişiklikləri qəbul etməlisiniz. Duyğu və düşüncələrlə yanaşı, tələbləri də dəyişən uşağınız hər zaman müxtəlif tələblərlə qarşınıza çıxa bilər.

Yeniyetməlik dönəmində uşağınız qəralarında sərbəst olmaq və ailədə sözünün keçərli olduğunu bilmək istəyəcək. Ailə yığıncaqları zamanı uşağınızın tələblərini soruşa bilər və ondan gözlədiklərinizi ona deyə bilərsiz. Dostlarıyla görüşə, gəzintilər üçün tez-tez icazələr istədiyində sakit olun. Daha çox sərbəstlik verilməsi də mənfi nəticələrə yol aça bilər. Dostlarıyla görüşərkən görüş yeri və saat limiti haqqında ortaq qərara gəlin.

Yeniyetməlik çağındakı övladınızın istəklərini dinləmədən rədd etmək düzgün deyil. Bu, onun sizdən bəzi şeyləri gizlətməsinə səbəb olacaq. Yenilikləri və hər cür tələbini dəyərləndirməyə açıq düşüncəli olmağınız uşağınızın istəklərini sizinlə paylaşmasında açıq olmasına kömək edəcək. Onun hər istəyinə “hə” deməsəniz də, istəklərini dinləyib dəyərləndirməyi bacarın.

Alınan hər bir ortaq qərarlara hər ikinizin də sədaqətli olacağınız haqqında söz verin. Sədaqətli olmasa, sonunda nə kimi nəticələr olacağını qərarlaşdırın. Bir hərəkətinin necə nəticələnəcəyini bilsə, ona uyğun düzgün hərəkət edəcək. Hər səhvinə ciddi reaksiyalar göstərməyin.

Səhvlərini görmək və bir daha təkrarlamaq məsələsində qarşı-qarşıya oturub danışmaq təkrar etməyəcəyi bir məsələdə müsbət təsir yaradacaq. Yox əgər səhvlərini qəzəblə qarşılayıb, cəzalar versəniz, əsəbləşsəniz bu zaman gələn dəfə eyni səhvi sizə bildirmədən edəcək. Anlayışlı  valideyn olmalı və  hər kəsin səhv etdiyini unutmamalısız.

Uşağınızın səhv etməməsi üçün əngəllərin hamısını aradan qaldırmaq çıxış yolu deyil. Səhvlər insanı öyrədir, səhvlərə göz yummayın, bunun nəticələri haqqında danışın. Övladınız uşaq yaşlarında olduğu kimi yeniyetməlik yaşında da sizi ideal hesab edəcək. Buna görə etdiklərinizlə danışdıqlarınızın üst-üstə düşməsinə çalışın.

Ona hörmət etdiyinizi duyan uşağınız sizə də, ətrafdakılara da elə hörmətlə davranacaq.




1 şərh “Ərgən kimdir, nə istəyir, onunla nə etməli?

aysun üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir