mercimek sorbasi

Əriştəli yaşıl mərcimək şorbasını belə hazırlayın

Baxış sayı: 1. 488

Əgər iftar saatının yaxınlaşmasına baxmayaraq hələ də hansı yeməyi hazırlayacağınıza qərar verməmisinizsə, bu yazını sona qədər oxumağınız və sizə təqdim etdiyimiz əriştəli yaşıl mərcimək şorbasını hazırlamağınız məsləhətdir.

 

Ərzaqlar:

-1 su stəkanı yaşıl mərci
-1 çay stəkanı əriştə
-1 ədəd quru soğan
-1 ədəd kök
-Duru yağ
-1 yemək qaşığı tomat
-Qırmızı istiot, duz, quru nanə, pul bibər,
-6-7 stəkan su

 

Hazırlanması:

-Mərcini bişirməzdən əvvəl 15 dəqiqə ilıq suda saxlayın.
-Soğanı incə-incə doğrayın və duru yağda  qovurmağa başlayın.
-Soğanın qovrulmasına yaxın incə-incə doğranmış kökləri əlavə edin.
– 1 yemək qaşığı tomatı əlavə edin və qovurmağa davam edin.
-Bir az su əlavə edib içinə mərcini tökün.
-Üzərinə bir barmaq keçəcək qədər su tökün və ədviyyatları da əlavə edib şorbanı qaynamağa qoyun.
-Təxminən 20 dəqiqə qaynadıqdan sonra üzərinə əriştələri  əlavə edin və bişirin.
-İkisi də yumşalınca ocağın altını söndürüb isti halda süfrəyə verin.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir