sevgi

Əsl kişi sevgisinin göstəriciləri

Baxış sayı: 839

Sevgini hər kəs özünə məxsus şəkildə anlayır və qəbul edir. Buna görə də bir şəxsin qarşı tərəfə sevgisinin etirafı, tərənnümü kəskin şəkildə digərlərindən fərqlənir. Baxmayaraq ki, əksəriyyət sevgini, münasibətləri eyniləşdirir, ideallaşdırır sevgi və münasibət anlayışları fərdi xüsusiyyətlərə malikdir. Xüsusilə də qadın və kişi sevgisi bir-birindən fərqlənir.

Sirr deyil ki, qadınlar və kişilər fərqli düşünür, dünyaya fərqli baxışlardan yanaşır, mövcud vəziyyətləri fərqli şəkildə analiz edir.

Qadın sevərkən, o, öz hisslərini maksimal şəkildə biruzə verməyə çalışır. Qadın üçün sevdiyi insanın yanında olmaq, ona toxunmaq, daim onu öz əhatəsində hiss etmək və kiçik şeylərlə öz sevgisini sübut etmək hər şeydən vacibdir və sevgi anlayışına aiddir. Kişilərin sevgisi isə tamamilə fərqlənir və özünü başqa şəkildə biruzə verir.

Kişi sevgisi emosionallıq və idarə olunmaz hisslər partlayışı ilə müşahidə olunmur. Kişi sevgisi “polad məntiqi” ilə seçilir. Kişi sevgisi məntiqlidir və tədricən böyümək xüsusiyyətinə malikdir. Əsl kişi sevgisinin göstəriciləri:

sevgi

1) Kişi birgə həyat haqqında düşünməyə başlayır. “Mən” sözünün əvəzinə “biz” sözünü işlədir, gələcəyə plan qurur.

2) Vaxtının çoxunu sevdiyi qadınla keçirtmək istəyir və bunun üçün istənilən (ağla sığan) təşəbbüsü göstərir.

3) Kişi sevdiyi xanımı özünün dostlarına, yaxınlarına, qohumlarına təqdim edir və tanış etməkdən çəkinmir.

4) Kişinin sevgisi təkcə sözlərdə, ifadələrdə yox, həm də onun fəaliyyətində, hərəkətlərində görsənir.

5) Kişi qadını dəyərləndirir, ondan zövq alır. Dəyərli olna şeyləri itirmək isə həyatda ən böyük qorxulardan birinə aiddir. Buna görə də kişi sevdiyi xanımı itirməmək üçün əlindən və ağlından gələn hər şeyi edəcək.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir