efsane rustemova

“Əslində heç kimik!” – “NATAMAM”

Baxış sayı: 1. 512

Keçən dəfə vediyim suala görəmi, ya vədəsi hələ yetişməmişdi deyəmi bilmirəm, amma gəlmişdi.. Mənimlə danışarkən hadisələri izah etmə şəklinə baxanda onun əslində bura doğrunu axtarmağa yox, özünütəsdiqə gəldiyini görmək olardı. Mən də bunu görüb, başımla işarə edərək davam etməsinə şərait yaratdım.

“Hmm… Necə demişdiniz?! Məğlubiyyətimi qəbul edib sıfırdan başlamalıyam… Amma bunu necə edəcəyimi bilmirəm. Nəyə hardan başlamalıyam?! Yol göstərin mənə, xahiş edirəm..!”

Həəə, deməli əl çəkmişdi ölüm fikrindən və o da yaşamağa bəhanə axtaranlar sırasında növbəyə dayanmışdı. İndi elə davranmaq lazımdır ki, hər şey onun lehinə davam etsin. Amma necə?! Mən cəmiyyətin düşüncəsini dəyişəcək formulu bir senasa tapa bilməzdim. Bəs doğurdan belə olanda nə etmək lazımdır?!

Məğlubiyyəti qəbullanmaq nə vaxt çətin olur? İnsan kimliyinə bir məna yükləyəndə.. Deməli kimliyinə məna yükləməsən, məğlubiyyəti daha asan qəbul olar. İnsan anlamalıdır ki, işi, pulu, vəzifəsi, statusu müvəqqəti ola bilər. Ona görə ona arxayınlaşıb təkəbbürlənməməlidir.  Belə olan halda HEÇ KƏS OLDUĞUMUZU qəbullanmaq da asanlaşacaq. Dolayısı ilə məğlubiyyət asan, yeni cəhdlər isə daha zövqlü olacaq.

Əminəm ki, nə demək istədiyimi anladın. İndi səndən ricam, lütfən düşün.. Bəs sənə nədir mane olan?!

 

Psixoloq Əfsanə Rüstəmova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir