taksi

Əşyalarını taksidə unudanlar üçün 5 QAYDA

Baxış sayı: 1. 886

Azərbaycan sakinləri adi iş günlərində tez-tez taksidə öz əşyalarını unudurlar. “Maxim” xidmətinin statistikasına əsasən deyə bilərik ki, sərnişinlər çox vaxt əşyalarını ya oturacaqda yaddan çıxarırlar, ya da onları ciblərindən saldıqlarının fərqinə varmırlar. Bir neçə sadə qaydanı bilməklə itmiş əşyanı rahatlıqla geri qaytarmaq olar.

Image result for Əşyalarını taksidə unudanlar üçün - 5 QAYDA

1) “Maxim” taksi sifarişi xidmətinin gözlədiyi prinsiplərə görə, unudulmuş əşyanı sahibinə qaytarmaq lazımdır. Xidmət menecerləri sürücüləri hər gedişdən sonra avtomobilin salonuna mütləq baxış keçirməklə və bu barədə sərnişinə də xatırlatmaqla bağlı məlumatlandırırlar. Sürücülər bilirlər ki, hər unudulmuş əşyanı aşkarladıqdan sonra onu geri qaytarmaq üçün dərhal sərnişinlə əlaqə saxlamalıdırlar. Əgər bunu edə bilməyiblərsə, tapdıqları əşyanı şirkətin ofisinə aparmalıdırlar.

2) Əşyasını taksidə unutmuş sərnişin bir sutka ərzində ya sürücüyə zəng edə, ya da “Maxim” əlavəsinin çatında ona yaza bilər. Əgər sifariş telefonla edilbsə, operatora zəng vurub, ondan sürücü ilə əlaqə yaratmasını xahiş etmək olar. Operativ geri əlaqə sayəsində sərnişinlər əşyalarını daha tez əldə edə bilirlər.

3) Sərnişin taksidə gedişdən bir sutka sonra əşyasını itirdiyinin fərqinə vararsa, “Maxim” xidmətinin ofisinə müraciət etməsi tövsiyə olunur. Şirkət ofisinin hər şəhərdə ünvanı, telefonu və iş rejimi taximaxim.az saytında qeyd olunub. Sərnişinə nə itirdiyini, taksidə gediş tarixini və sifarişin edildiyi telefonun nömrəsini söyləmək lazımdır. Əgər əşya ofisdədirsə, onu mütləq sahibinə qaytaracaqlar.

4) Ofisdə tez xarab olan ərzaqlar istisna olmaqla, sürücülərin tapdıqları bütün əşyalar qorunub-saxlanır. Xidmətin aşkar olunan əşyaları uzun müddət saxlaya bilməsi üçün anbarı yoxdur, odur ki, sərnişin taksidə unutduğu əşyanı mümkün qədər tez götürməlidir.

5) Xidmətin tələbinə görə, unudulmuş əşyaların sahibləri sürücüyə onları ofisə çatdırdığına görə xidmət haqqı verməlidir.

 

Yeri gəlmişkən, taksidə çox zaman telefonları, sənəd qovluqlarını, çantaları, açarları, papaq və əlcəkləri unudurlar. Sonradan çətin vəziyyətə düşməmək üçün taksidə nəsə unudub-unutmadığınızı bəri başdan yoxlayın.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir