etir

Ətirlərimizin ömrünü uzamaq üçün 5 əsas qayda

Baxış sayı: 2. 162

Yəqin ki, bütün qadınlar kimi, siz də ətir həvəskarısınız. Amma nə qədər həvəskar oluruqsa olaq, “bir ətək” pul töküb aldığımız ətirləri düzgün saxlaya, ömürlərini uzada bilmirik. Ətirlərinizin ömrünü uzatmaq üçün sizə bəzi qaydaları təqdim edirik.

İşıqdan qoruyun

Ətir xammalının tərkibinə daxil olan molekullar (aldehidlər, spirt, mürəkkəb efirlər, terpenes, laktonlar) bir-birilərilə kimyəvi reaksiyaya girə bilir. Günəş işığı isə bu prosesi daha da sürətləndirir, bu zaman kimyəvi reaksiyaya nəzarət etmək mümkün olmur. Buna görə də, əsas çıxış yolu ətir şüşələrinizi qaranlıq yerdə saxlamaqdır.

İstidən uzaq saxlayın

Ətirlər üçün ən uyğun istilik 17-22 dərəcədir. Bu limitdən artıq isti ətrinizin rəngini korlaya bilər, nəticədə o kirli və qəhvəyi çalar ala bilər. Sözsüz ki, isti təkcə ətrin rənginə yox, qoxusuna da təsir edir. Çoxları da düşünür ki, ətri istidən qorumaq üçün ən yaxşı yer soyuducudur. Amma bu fikir də səhvdir! +5 temperaturda, adətən, yalnız çox reaktiv tərkibə malik olan, əsasən də, aldehid, sitrus, müşk tərkibli ətirlər saxlanıla bilər.

Rütubət səviyyəsinə diqqət edin

Sərinlik və istilik dərəcəsilə bərabər, ətirlər üçün rütubət də vacibdir. Əgər siz ətrinizi vanna otağında və çox isti yerdə saxlasanız, o zaman ətrin tərkibindəki kompozisiyada dağılmalar yarana bilər. Ən yaxşı yer günəş işığı görməyən bir rəfdə saxlamaqdır.

Mütləq qutusunda saxlayın

Adətən, biz ətri mağazadan alıb gətirən kimi qutusunu zibilə atırıq. Amma ətir kolleksiyaçıları məsləhət görürlər ki, ətir şüşələrimizi elə qutularında da saxlayaq. Çünki qutu ətrin şüşəsini hərtərəfli qoruyur.

Barmaqlarınızdan istifadə etməyin

Əgər sprey olmadan şüşələrdə qramla ətirlər alırsınızsa bu zaman barmaqlarınızı istifadə etməməyə çalışın. Çünki bu zaman dərilə ətrin xammalı reaksiya rahatlıqla girə bilir və ətrin tərkibində dəyişiklik yarana bilər. (Foxy.az)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir