yemek

Ətli ispanaq necə hazırlanır? – “YEMƏYƏ NƏ VAR?”

Baxış sayı: 983

İspanağı tək başına bişmiş halda yeməyi xoşlamayanlar heç də az deyil. Ancaq  əminik ki, “Gencaile.az” saytının “Yeməyə nə var?” rubrikasında bu gün təqdim etdiyimiz yeməyi hətta ispanaq sevməyənlər də çox bəyənəcəklər. Burada ispanağa ət və düyü də qatılır. Nəticədə  həm olduqca ləzzətli, həm də çox faydalı bir yemək alınır. İstəyə görə, yeməyin yanında süfrəyə qatıq da qoyula bilər. Bu yemək qatıqla da çox ləzzətli olur.

 

Ətli ıspanaq

4-5 pay üçün

 

Ərzaqlar:

4 qalın dəst ispanaq (qoca olmasın)

5 yemək qaşığı kərə yağı

200-250 qram çəkilmiş mal əti

1 iri baş soğan

2 xörək qaşığı tomat pastası

Duz

İstiot

3-4 xörək qaşığı yumru düyü

 

Hazırlanma qaydası:

İspanağı yaxşıca yuyun. Sonra iri-iri doğrayıb, bir ləyənə yığın. Təmizliyindən əmin deyilsinizsə, üstünə su doldurub, bir az duz səpin və 5 dəqiqəlik kənara qoyun. Bu müddət ərzində ispanağın üstündə qalmış ola bilən torpaq aşağı süzülməlidir. İspanağı süzüb yenidən yuyun. Kənara qoyun.

Orta ölçülü qazanda yağı əridin. Əti əlavə edib ətin suyu çəkilib yağa düşənə qədər qovurun. Soğanı ətə əlavə edib bir neçə dəqiqə bişirərək saraldın.

Tomat pastası, duz və istiotu əlavə edib qarışdırın.

İspanağı əlavə edib bir qədər yumuşalanadək bişirin.

Sonra isə düyünü əlavə edib 2-3 dəqiqə qovurun. Üstünə ispanağı tam örtməyənə qədər su töküb bişirin. Hazır yeməyin suyu bir qədər çəkilməlidir (nə çox sulu, nə çox duru yemək olmalıdır), düyü isə bişməlidir.

 

Məsudə Sultan




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir