qadin

100 il əvvəl qızlar əri belə tapırdı: İLGİNC ÜSULLAR

Baxış sayı: 2. 536

Yüz il evlənmək istəyən qızlar və oğlanlar necə tanış olurdu? Qızlar ər axtarmaq üçün hansı üsullara əl atırdı?

Dünyanın bir çox ölkələrində ailə sahibi olmaq istəyən bəzi müasir gənclər evlilik proqramlarına üz tutur. Xarici kanallarda yayımlanan evlilik verilişləri böyük reytinqə malikdir. Təbii ki, bir əsr əvvəl belə verilişlər yox idi. Amma bu verilişlərin funksiyasını qəzetlər yerinə yetirirdi. O zaman insanlar geniş yayılmış ünsiyyət vasitəsi olan qəzetlərə elan verərək özlərinə həyat yoldaşı axtarırdılar.

“Gencaile.az” Publika.az-a istinadən bu elanlardan bəzilərini təqdim edir:

Qeyd etmək lazımdır ki, qızların evlilik məqsədi ilə qəzetə elan verməsi ilk vaxtlarda ayıb sayılırdı. Lakin sonralar bu qadağalar aradan qalxır. Beləliklə qızlara da qəzetdə özünə ömür-gün yoldaşı axtarmaq şansı verilir.

Kişi elanları:

“Mən  bir zabitəm. Rütbəm mülazım, şəhərdə quluq edirəm. İyirmi altı yaşım var. Yumşaq xasiyyətliyəm, şərab içmirəm, tütün çəkmirəm. Özümü idarə edə bilirəm, başqa heç kimim yoxdur”.

“İyirmi iki yaşlarında, yaxşı xasiyyətli, inas məktəbi idadiyesi (Qızlar liseyi) dərəcəsində təhsil almış, yaxşı övlad tərbiyə edə bilən, ev işlərini görməyə gücü çatan, musiqidən anlayan, sadəliyi sevən bir rəfiqəyə talibəm. Şərtlər uyğun olduğu təqdirdə əvvəla vəkil və ya himayəçinin (möhtərəm məlumat vasitəsi ilə) ünvanlarını bildirmələrini ərz eləyirəm”. (H. Cəlal)

“İyirmi yaşım var, 700 qəpik əmək haqqım alıram. Yaşım iyirmidir. Nəcib və gözəl bir qız ilə izdivac qurmaq istəyirəm. Bunun üçün bu xüsusiyyətlərə sahib olması lazımdır: 14 ilə 17 yaşında, musiqi haqqında bir qədər məlumatlı olmalı, mənim maaşım qədər  gəliri olmalı, olduqca təəssübkeş olmalıdır. Bu şərtlər daxilində evlənməyi arzu edəcək xanımların ya ünvanlarını bildirməsini və ya qəzetin ünvanıma müraciət etməsini ərz eləyirəm. (H.N)”

“Sərvəti az və ya çox olsa da qəbul edirəm, otuz yaşım var. Əvvəllər ailə qurmamışam. Zadəgan bir ailəyə mənsub olduğum kimi gözəl və nəcib bir xanımla izdivac qurmaq istərəm. Dörd min lirə gəlirim var. Heç nəyə ehtiyacım yoxdur. Tək ehtiyacım namuslu bir qız ilə nikaha girməkdir. Zadəgan bir ailəyə mənsub olmalı, iyirmi yaşından kiçik və iyirmi beşdən böyük olmamalıdır. Oxumağı, yazmağı bilməli, bir az musiqiyə marağı olmalıdır. Bu şərtlər daxilində evlənməyə razı olanlara olanlara ünvanımı bildirirəm. M.H”.

“Hoqqabazlıq, modabazlıq istəmirəm. On səkkiz yaşında, qəlbi təmiz, nurlu, irfan mədəniyyətinə sahib olan qız axtarıram. 15-16 yaşlarında, ağlı başında, gözü evində, əli ürəyində, təhsili yerində, alicənab və nəcib ailəyə mənsub gözəl bir qızla evlənmək istəyirəm. Samsunda olduqca nüfuzlu ailədə böyümüş türk gənciyəm, içki istifadə etmirəm, çayxana  nədir bilmirəm. 500 qəpik aylıq gəlirim var, mükəmməl evim və kiçik torpaq sahəm var. Ancaq xoşbəxtliyimiz naminə rəfiqəmin bir qədər sərvət sahibi olmasını arzulayıram. Bu şərtləri qəbul edənlər olarsa, Samsunda İskəndəriyyə Otelində Yusif Ziya bəy vasitəsilə M.H. bəyə müraciət etsinlər”.

Qadın elanları:

“20 yaşım var, ali təhsilliyəm. Xəyanət etməyən, milyoner ər axtarıram”.

“Dəniz gözlü, çox ağıllı  qız çox zəngin bir centlmeni bayrama dəvət edir. Məqsədi nikah!”.

“Kasıb, amma vicdanlı, 23 yaşında, gözəl və ağıllı qız onu bu yoxsul həyatdan xilas edə bilən bir adam axtarır. O, buna görə gələcək həyat yoldaşına  minnətdar olacaq”.

“Evimə, qızıma layiqli və bacarıqlı gənc kürəkən axtarıram”.

“Orta məktəbi yenicə bitirən qız subay və ya uşağı olmayan bir kişi ilə evlənmək istəyir. Yaşın fərqi yoxdur”.

“Allah eşqinə, nə qədər ki gec deyil məni xilas edin! Əslim gürcüstanlıdır. 18 yaşım var, gözəl, təhsilli, tərbiyəli, əlbəttə ki, vicdanlı bir qızam. Oxuya və pianinoda ifa edə bilirəm. Yüksək cəmiyyətin qaydaları ilə tanışam”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir