menzil

12 iyulda sosial ev almaq istəyənlərin DİQQƏTİNƏ

Baxış sayı: 1. 320

MİDA (Mənzil İnşaatı Dövlət Agentliyi) 12 iyul 2019-cu il tarixində mənzillərin seçimində iştirak etmək istəyən vətəndaşlara müraciət edib. Qurumun mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, mənzillərin əldə edilməsi “Elektron hökumət” portalı üzərindən (www.e-gov.az) “Güzəştli mənzil” sistemi vasitəsilə elektron qaydada həyata keçirilir. Yalnız “Güzəştli mənzil” sistemində elektron kabinetə sahib olmuş vətəndaşlar mənzil almaq hüququna malikdir.

MENZIL

İstifadəçilərə satış vaxtından bir neçə saat əvvəl sahib olduqları gücləndirilmiş elektron imza (Elektron İmza (www.e-imza.az) və ya Asan İmza (www.asanimza.az)) vasitəsilə “Güzəştli mənzil” sisteminə daxil olmaları tövsiyə olunur.

Bu onlara Elektron İmza və ya Asan İmzanın işlək vəziyyətdə olub-olmamasını, həmçinin onlayn imzalayıcı proqramının kompüterə yüklənməsini öncədən müəyyən etməyə imkan yaradacaq.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir