13

13 rəqəmi ilə bağlı MARAQLI FAKTLAR

Baxış sayı: 2. 523

13 rəqəminin uğursuz olduğuna bağlı inanc dünyada o qədər məşhurdur ki, həyata bir çox istiqamətdə ciddi olaraq təsir etməkdədir. Bəzi ölkələrdə evlərin qapılarına 13 nömrəsi verilməz, təyyarələrdə 13-cü oturacaq sırası yoxdur, mənzillərdə, otellərdə 13-cü mərtəbə ya 12A-dır ya da 14-dür. 13 nömrəli otaq yoxdur. Olsa belə insanlar o otaqda qalmaq istəməzlər. Hətta ayın 13-də işə gəlməmək, təyyarə və qatar rezervasiyalarının ləğvi, alverin intensiviyinin azalması və bənzər davranışların ABŞ-a gündə milyonlarla dollara başa gəldiyi deyilməkdədir. Bu inanc bir fobiyadır, yəni bir növ qorxu xəstəliyi olaraq qəbul edilib, adı “triskaidekaphobia”dır.

14

 

Ümumiyyətlə bu inancın Hz. İsanın məşhur son yeməyindəki həvarilərin sayından qaynaqlandığı hesab edilsə də, kökü çox daha qədimlərə, mifoloji tanrıların yaşadığına inanılan çağlara, Skandinaviya torpaqlarına qədər gedir.

Rəvayətə görə, o zamanlarda işıq və gözəllik tanrısı Balder bir ziyafət verirmiş. Balder Vikinqlərin məşhur tanrısı Odin ilə Friqqanın oğlu olub, ay kraliçası Nannanın da həyat yoldaşıdır. Bu ziyafətə 12 adam qonaq ikən yalanların və hiylələrin tanrısı Loki qonaq olmadığı halda, zorla 13-cü adam olaraq məclisə qatılmaq istəyir. Ancaq bu vaxt yaranan mübahisədə Loki digər tanrılar tərəfindən də çox sevilən Balderi öldürür.

sekil

Bu mifoloji hekayə və inancı Skandinaviyadan Avropanın cənubuna qədər yayılır. Xristian din adamları bu xalq nağılını istifadə edirlər və Hz. İsanın son yeməyinə “tətbiq edirlər”. Xristian versiyasında Balderin yerini Hz. İsa, Lokinin yerini də xain Judas (İuda) alır. Bu yeməkdən sonra 24 saat içində də Hz. İsa çarmıxa gərilərək öldürülür. Buna görə xristianlarda axşam yeməyində 13 adam bir araya gəlirsə bunlardan birinin başına bir fəlakət gələcəyinə inanılır.

sekil 13

Bu inanışlara görə 13 rəqəmi uğursuzdur ,amma ayın cümə gününə rast gələn 13-cü günü ümumiyyətlə uğursuzdur. Ancaq belə bir gündə doğulmusunuzsa tam tərsi, yəni 13 sizin uğurlu gününüzdür.

Cümə gününün uğursuz sayılmasına səbəb yaradılış mifində Həvvanın Adəmə almanı cümə günü yedirdib cənnətdən qovulmasına səbəb olması, Hz. Nuh zamanındakı böyük selin cümə günü olması, Hz. İsanın cümə günü çarmıxa gərilməsi kimi hadisələrdən biri və ya hamısı səbəb olmuş ola bilər. Müsəlmanlar isə Hz. Adəmin cümə günü yaradılması bu günə digər günlərdən daha çox dəyər verirlər.

13 rəqəminin uğursuzluğuna duyulan inancın mənşəyində bir il içində ayın 13 dəfə bütöv ay olaraq görünməsinin yatdığını söyləyənlər də vardır.

İlkin Cəfərov

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir