KOK KEKSI

15 dəqiqəyə hazırlaya biləcəyiniz 5 ŞİRNİYYAT RESEPTİ

Baxış sayı: 2. 481

Şirniyyat hazırlamaq üçün saatlarını mətbəxdə keçirməyə hazır olan insanlardansınızsa, bu məqalə sizin üçün deyil. Ürəyindən dadlı, lakin tez hazırlanan şirniyyat keçənlər, ailə yeməklərini dessertlə bəzəməyi sevən analar, övladının şirniyyat ehtiyacını tez bir zamanda qarşılamaq istəyən valideynlər, qəfil gələn qonağına şirniyyat ikram etmək istəyənlər, yaxın əyləşsin.
Sizə cəmi 15 dəqiqədə hazırlaya biləcəyiniz 5 asan, lakin çox dadlı şirniyyat reseptlərini təqdim edirik:

1. Banan və şokoladlı tost

 

22 may 2017 11:47:38

Çörəkdən şirniyyat olarmı? Olar, olar, həm də çox ləzzətli bir şirniyyat! Bunun üçün lazım olan məmulatlar:

  • 4 dilim tost çörəyi
  • 1 x/q kərə yağı
  • 80 qr şokolad
  • 1 ədəd banan

Bəzək üçün:

  • 1 x/q şəkər kirşanı


Hazırlanma qaydası:

Tost çörəklərinin bi tərəfinə kərə yağı çəkin. Kərə yağı daha yaxşı ərisin deyə tost çörəklərini öncədən azacıq isidin. Yağlanmış çörək dilimlərini teflon və qaynar tavada, orta istilikdə üzəri qızılı rəng alana qədər qızardın. Bananı qalın dilimlər şəklində kəsin. Kərə yağında qızardılmış dilimləri bir boşqaba qoyun və üzərinə öncə şokolad parçalarını, daha sonra isə banan dilimlərini yerləşdirin. Digər çörək dilimi ilə üzərini örtün. Şokolad parçalarının tam əriməsi üçün hazır məhsulu tost maşınında basın. Qaba servis edərkən üzərinə şəkər kirşanı əlavə edin və sevdiklərinizlə paylaşın.

2. İsti şokolad içkisi

 


Əgər vaxtınız heç yoxdursa, amma könlünüzdən dadlı içki keçirsə, o zaman sizə cəmi 2 məhsul: 1 qaşıq şokolad yağı və 1 stəkan süd və 5 dəqiqə vaxt lazımdır.
Hazırlanma qaydası: Südlə şokolad yağını fincana əlavə edib qarışdırın, hazır qarışımı mikrodalğalı sobada isidin. Mikrodalğalı sobanız yoxdursa, südü kiçik qazanda qaynayana qədər isidib içərisinə 1 qaşıq şokolad yağını əlavə edərək tam əriyənədək qarışdırın. İsti-isti süfrəyə verin.


3. 
Kök keksi

 


Sadəcə 10 dəqiqə vaxtınızı alacaq, bişirmə ehtiyacı olmadan hazırlayacağınız, faydalı tərkibi hesabına həm ağzınızı dadlandıracaq, həm də formanıza zərər vermədən, rahatlıqla yeyə biləcəyiniz keks.
Lazım olan məmulatlar:

  • 6 əd böyük ölçülü kök
  • 10 əd xurma
  • 3 x/q aqava siropu
  • 2 x/q yulaf əzməsi
  • 2 x/q kətan toxumu
  • 1 ç/q qoz ləpəsi
  • 1 x/q darçın


Üzəri üçün:
 2 x/q rəndələnmiş kokos.


Hazırlanma qaydası:

Köklərin qabıqlarını təmizləyin, iri dilimlərə bölün. Xurmaların tumlarını çıxarıb kiçik parçalara ayırın. Qoz ləpələrini kiçik parçalara bölün. Daha sonra bütün məhsulları birləşdirin. Üzərinə yulaf əzməsi, aqave siropu və darçını da əlavə edin və bütün məhsulları yaxşıca qarışdırın. Hazırladığınız qarışımı istədiyiniz qəliblərə yerləşdirib 10 dəqiqə soyuducuda saxlayın. Vaxt itirmədən sevdiklərinizlə paylaşın.


4. 
Meyvə dalğası: Almalı küp şirniyyatı

 


Vaxtınız az, şirniyyat istəyiniz çoxdursa, ekstra kilo almaq istəmirsinizsə, bu reseptə mütləq diqqət yetirin. Xüsusilə idmanla məşğul olanlar üçün yemək arası qəlyanaltılar zamanı sevərək yeyə biləcəyiniz bir şirniyyat olacaq.
Beləliklə, lazım olan məmulatlar:

  • 4 əd orta ölçülü alma
  • Yarım ədəd limonun suyu
  • 4 x/q qəhvəyi şəkər
  • Yarım ç/q darçın
  • 1 ç/q vanil ekstraktı
  • 200 qr yulaflı peçenye
  • Yarım stəkan incə doğranmış qoz ləpəsi


Hazırlanma qaydası:

Qabığı soyulmuş almanı 4 yerə bölün və tumlarından təmizləyin, daha sonra kiçik kublar şəklində doğrayın. Rənginin dəyişməməsi üçün üzərinə təzə sıxılmış yarım limon suyu əlavə edin və qazana yerləşdirin. Üzərinə qəhvəyi şəkər əlavə edin və bir az su saldıqdan sonra orta istilikdə bişirin. Darçın və az miqdarda vanil ekstraktı əlavə edərək qarışdırın, daha sonra ocaqdan götürün.

Yulaflı peçenyeləri kiçik hissələrə bölün, içinə öncədən doğranmış qoz ləpəsini əlavə edin və qarışdırın.

Şüşə qablara bir qat peçenye-ləpə qarışımı, bir qat bişirilmiş alma qarışımı əlavə edərək 5 qatlı şirniyyat hazırlayın.

Süfrəyə təqdim edərkən, üzərinə bir top dondurma əlavə edərək alınan ləzzətə ləzzət qata bilərsiniz.

5. Vişnəli cheesecake smoothie resepti

 


Soba ilə başınızı ağrıtmaq istəmirsinizsə, sizə daha bir meyvəli desert tövsiyə edə bilərik.

Bu ləzzətli şirniyyat üçün lazım olan məmulatlar:

  • 1 stəkan dondurulmuş vişnə
  • 1 əd banan
  • 2 stəkan süd
  • 4 x/q krem pendir
  • 6 əd peçenye

Bananın qabıqlarını soyun və soyuducuda dondurun. Dondukdan sonra çıxarın və dondurulmuş vişnə, labne və süd ilə birlikdə blenderdə əzin. Süfrəyə təqdim edəcəyiniz şüşə qəliblərə alınan qarışığı doldurun və üzərinə əlinizlə ovduğunuz peçenye parçalarını əlavə edin. Üzərinə meyvə parçaları əlavə edərək də təqdim edə bilərsiniz.

Unutmayın ki, vaxtınız hər şeydən daha dəyərlidir. Onu bu ləzzətlərdən dadaraq ailə üzvlərinizlə gözəl ortamda keçirə, yaxud elə bu ortamdan ayrılmadan Simpla-dan asan və tez bazarlığa sərf edə bilərsiniz.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir