20 il sonra ailəsinə qovuşdu

Baxış sayı: 1. 316

20 il əvvəl evinin həyətindən oğurlanan gənc oğlan polislərin araşdırmalarından sonra ailəsi ilə görüşə bilib. 22 yaşlı Van Şunqjan bir neçə ay əvvələ qədər həyatının ən böyük sirrindən xəbərsiz normal həyatına davam edirdi. 2 yaşında ikən yaşadığı evin həyətində bacısı ilə birlikdə oynayarkən oğurlanan və təxminən 2 min dollara başqa bir ailəyə satılan uşaq illər sonra unutduğu ailəsi ilə görüşüb. 1995-ci ildə Van haqqında araşdırma aparılsa da,  tapılmadığı üçün polislər axtarışı dayandırıblar. 2008-ci ildə ailənin yenidən polisə müraciət etməsindən sonra axtarışlar başlayıb. Texnologiyanın imkanları ilə üz axtarma sistemindən istifadə edən polislər Şinqjanı tapıblar. 2 yaşında ikən uşağı qaçıranlardan biri həbs edilib.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir