20 qepik

20 qəpik xərcləyib qocalmağınızı ləngidin – FAYDALI MƏSLƏHƏT

Baxış sayı: 2. 183

Məgər elə Azərbaycanda uznömürlü insanların, babalarımızın və nənələrimizin sağlamlıqlarına xərcləyəcəkləri çoxlu pulları olubmu? Böyük Vətən müharibəsindən əvvəlki və sonrakı çətin illərdə insanlar sağlamlıqları üçün pul xərcləyə biliblərmi? Yaxud götürək uzunömürlülər ölkəsi sayılan Yaponiyada insanlar sağlamlıqları üçün külli miqdarda pul xərcləyirlərmi? Əsla yox. Bu məsələdə böyük məbləğlər xərcləmək yox, sadəcə uzunömürlülüyün çox sadə sirrlərini bilmək kifayətdir.

Həftə ərzində iki-üç gün 20 qəpik xərcləyib orqanizmin qocalma prosesini ləngitmək mümkündür. Cəmisi 20 qəpik.

Mütəxəssislərin rəsmi elmi tədqiqatları nəticəsində məlum olub ki, reyhan orqanizmin qocalma prosesini ləngitmək xüsusiyyətinə malikdir.

Elmi araşdırmalar göstərib ki, reyhan hüceyrələrin oksidləşməsinə və dağılmasına imkan yaradan sərbəst radikallara qarşı orqanizmin təbii müdafiəsini gücləndirir. Sübut olunub ki, orqanizmin qocalma prosesi sərbəst radikkallarla sıx bağlıdır. Sərbəst radikallar həm də şişlərin əmələ gəlməsində, xüsusilə böyrək və qaraciyər şişlərinin yaranmasında olduqca fəaldır. Məhz bu baxımdan, sərbəst radikallara qarşı orqanizmin təbii müdafiəsini gücləndirən reyhan faydalı xsusiyyətləri ilə əvəzolunmazdır.

Qədim şərq təbabətində, o cümlədən Ayurveda təbabətində də reyhandan orqanizmin cavanlaşması, bədənin enerjisinin bərpa olunması məqsədi ilə istifadə olunur.

Reyhanın bir çox digər faydaları da var.

Reyhan həzm sisteminə müsbət təsir göstərir.

Maddələr mübadiləsini tənzimləyir.

Sidikqovucu xassəyə malikdir.

Sakitləşdirici təsir göstərir, normal yuxunu təmin edir.

Ağrı və spazmaları aradan qaldırır.

Dəri və saçlar üçün faydalıdır.

Soyuqdəymə və öskürək zamanı reyhandan dəmlənmiş çay tez sağalmaya kömək edir.

Yüksək temperaturu aşağı salır.

Reyhanın faydalarından siz də yararlanın. Həftədə iki-üç dəfə iki-üç dayanacaq məsafəni qət etmək üçün avtobusdan imtina edib piyada gedin. Qənaət etdiyiniz bu 20 qəpiyə isə reyhan alın. Belə etsəniz uduşunuz ikiqat olacaq. Piyada gəzmək fiziki aktivliyinizi artıracaq ki, bu cavan qalmaq üçün vacib şərtlərdən biridir. 20 qəpiyə aldığınız reyhan isə həyatınıza daxil olmaq istəyən qocalığı gəldiyi yollarda ləngidəcək.

Vəssalam, bu da uzunömürlülüyün ən sadə sirrlərindən biri. (modern.az)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir