2015-ci ildə övladı olan məşhurlar – siyahı+fotolar

Baxış sayı: 1. 728
2015-ci il şou-biznes aləmində qalmaqalları, ayrılıqları ilə yanaşı yeni doğulan övladlarıyla da yadda qalıb. 

“Gencaile.az” Axşam.az-a istinadən geridə qoyduğumuz Keçi ilində ana, ata, nənə və baba olan tanınmışların siyahısını təqdim edir:Müğənni Sevda Sanəliyevanın oğlu dünyaya gəldi. Sənətçi övladına Elgün adını qoyub.

İlin ilk günü Las-Veqasda nikah masasına oturan aparıcı Günel Hümbətova qız anası olub. O, körpəsinə Josefina adını verib.

Müğənni Ramal İsrafilovun qızı dünyaya gəldi və ifaçı uşağına Rilaya adını qoyub.

Müğənni Emma Ələkbərzadə yeni doğulan oğluna David adını qoyub.

Aparıcı Tural Əsədov və Gülgün Qurbanovanın oğlu dünyaya gəlib. Cütlüyün bir qız övladı da var.

Müğənni Bahar Lətifqızının ikinci qızı doğulub. Sənətçi qızına Turanə adını qoyub.

Müğənni İradə İbrahimova da bu il ikinci dəfə ana olub. İpək adlı qızı olan sənətçi yeni doğulan oğluna Əli adını qoyub.

Müğənni-bəstəkar Hacı Nazim ikinci dəfə qız atası olub. İfaçı övladına Nur adını qoyub.

Müğənni-bəstəkar  Pərviz Mahmudov qız atası oldu.

Müğənni Elgün Hüseynovun oğlu dünyaya gəlib. O, körpəsinə Ümid adını qoyub.

Əməkdar artist Babək Niftəliyev oğul atası olub. Muğam ifaçısı övladına Cavidan adını qoyub.

“Xəzər” telekanalının aparıcısı Anar Cəfərovun oğlu dünyaya gəlib. O, oğluna Tunar adını verib.

Rejissor Kənan M.M. üçüncü dəfə ata olub. O, qızına Zeynəb adını qoyub.

Aparıcı Azər Süleymanlı ata olanlar siyahısındadır. O, oğluna Fatih adını qoyub.

Dicey, şair Azər Şirin də bu il ata olan məşhurlar siyahısındadır. Onun qız övladı dünyaya gəlib.

Aparıcı Emin Musəvinin qızı dünyaya gəlib.

Xalq artisti Rəfael Dadaşov da baba olub. Aktyorun müğənni qızı Səidənin oğlu dünyaya gəlib. Onlar körpəyə Rəfael adını qoyub.

Xalq artisti Nazpəri Dostəliyeva üçüncü dəfə nənə olub. İfaçının oğlu Əkbərin övladı dünyaya gəlib. Onlar körpəyə Kərim adını qoyub.

Xalq artisti Mələkxanım Əyyubovanın oğlunun qızı dünyaya gəlib. Onlar körpəyə Mələk adını qoyub.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir