mk

2016-2017 Qış – Payız Makiyaj Trendləri

Baxış sayı: 168

Məşhur brendlərin 2016-2017 Qış-Payız moda nümayişlərindən sonra bu sezonun makiyaj trendləri də artıq bəlli oldu. Son illərdə olduqca dəb olan nude makiyaj, qırmızı dodaq boyaları da bu il də dəbdə olacaq. 2016-2017 Payız-Qış makiyaj trendlərini öyrənməl üçün yazının davamını oxumağa davam edin:

Sıx kirpiklər

Baxışlara dərin məna qatan dolğun, uzun kirpiklər ötən mövsümdə olduğu kimi bu mövsümdə dəbdə olacaq. Uzun və sıx kirpiklərə sahib olmaq üçün tuj və taxma kirpiklərdən istifadə edə bilərsiniz.

Göz alan parlaq çəhrayı

“Parlaq çəhrayı sadəcə yaya yaraşır” deyə düşünürsünüzsə yanılırsınız. Sezonun ən böyük trendlərindən biri də payız və qışın soyuq, sakit havasını canlandıran diqqət çəkici parlaq çəhrayı dodaq boyalarıdır. Mat və ya parlaq olmasının fərqi yoxdur. Bu mövsüm makiyaj çantanıza mütləq çəhrayı dodaq boyası əlavə edin. Sadə göz makiyajı və canlı çəhrayı dodaq boyası stilinizə hava qatacaq.

Göy qurşağı izləri

Payızın gəlməsi ilə əlaqədar olaraq rəngli göz tenlərinə vida etmək istəyirsinizsə anında vaz keçin. Əgər iki fərqli rəngi bir arada istifadə etmək sizin üçün çox iddialıdırsa o zaman parlaq narıncı rəngi istifadə edə bilərsiniz.

Təbii qaşlar

Nazik qaş fanatlarındansınızsa sizin üçün üzücü xəbərimiz var. Qalın qaşlar bu mövsüm dəbdədir. Qaşlarınızı dolğun göstərmək üçün qaş qələmlərindən istifadə edə bilərsiniz. Cara Delevigne kimi qaşlara sahib olmaq üçün isə hind qozu yağı ilə qaşlarınıza maska etməyiniz tövsiyyə edilir.

Antik mis

“Payız və mövsümündə rəngli tenlər mənim üçün deyil” deyirsinizsə mövsümün digər trendlərindən biri də mis və qəhvəyi rəng göz tenləridir. Göz qapaqlarınıza nazik şəkildə sürtsəniz təbii görünüş əldə edərsiniz. Mis rəngli ten və qəhvə rəngli qələm cütlüyü qəhvə rəngli gözlərə ən çox yaraşan stillərdən biri olduğunu deyə bilərik.

Təbiiliyin sehri

Son zamanların çox məşhur makiyajlarından biri də yox kimi makiyajdır. Təbii makiyajın sirri əslində hər şeyi öz yerində istifadə etməkdir. Bir az örtücü, tuj, yanaqları rəngləndirmək üçün isə ənlik və lip balm ilə təbii makiyaj edə bilərsiniz.

Diqqətçəkən dodaqlar

2016-2017 Payız-Qış mövsümünün digər trendi diqqətçəkən dodaqlardır. Sadəcə dərinizdəki qüsurları örtün, göz makiyajı etməyin və dodaqlara mövsümün ən dəbdə olan dodaq boyası rənglərindən birini çəkin. Makiyaj etməyə tənbəllik etdiyiniz günlərdə bu trend  sizin tam bir qurtarıcınız olacaq.

Dodaqlarda gecə qaranlığı

Ötən mövsümlərdə olduğu kimi bu mövsümdə tünd rəngli dodaq boyaları dəbdədir. Bənövşəyi, qara, tünd rəngli bordo kimi gothic tərzli dodaq boyaları makiyaj çantalarında “must have” olacaq. Yüngül göz makiyajı və diqqət çəkən tünd rəngli dodaq boyası bu mövsüm iddialı və seksi olmaq istəyənlər üçün ideal seçimdir.

Qrafik eyeliner

Klassik eyelinerdan bezənlərə sevindirici xəbər! 2016-2017 Payız-Qış mövsümündə fərqli cizgilərlə çəkilmiş qrafik eyelinerlar çox dəbdə olacaq. Makiyajda fərqli stilləri sevənlər  üçün mütləq bunu sınaqdan keçirməlidir.

Atəş qırmızısı dodaqlar

Qırmızı dodaq boyasının seksliyin rəmzi kimi qəbul edildiyini hər kəs bilir. Ötən mövsümdə olduğu kimi bu ildə qırmızın bir çox tonları dəbdədir. Gündüzləri iddialı atəş qırmızısı dodaq boyası və bir az tuj ilə gözəlliyinizi ön plana çıxara bilərsiniz.  (Foxy.az)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir