2016-cı il nə vəd edir?

Baxış sayı: 1. 672

Çin təqviminə görə, 2016-cı il meymun üzərində təhvil oldu. Hər ilin bürclər üzərində özünəməxsus təsiri var.

“Gencaile.az” “Publika.az”-a istinadən bu yazıda meymunun ayrı-ayrı bürclər altında dünyaya gələnlərin iş və özəl həyatına təsiri ilə bağlı proqnozları təqdim edir:

Qoç bürcü: Bu il sizin peşəkar fəaliyyətinizdə ciddi dəyişikliklər gözlənilir. Bəziləri işini, ümumiyyətlə, dəyişəcək və özünə daha perspektivli iş tapa biləcəklər. Lakin praktiki olaraq istənilən işdə qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün daha çox səy göstərməli olacaqsınız. Ailə həyatında kəskin dəyişiklik gözlənilmir, olsa belə, bu, ancaq xeyrinizə olacaq.

Buğa bürcü: Çoxlu əziyyət çəkməli olacaqsınız. Planlarınız çətinliklə reallaşacaq. Ona görə də güclü olmalısınız. Amma bu yolda misilsiz təcrübə qazanacaqsınız. Şəxsi həyatda xoşbəxtlik gözlənilir. Xüsusilə, sevdiyiniz insana qarşı sədaqətli olsanız, hər şey qaydasında olacaq.

Əkizlər bürcü:  Maraqlı insanlarla ünsiyyət sizə daha yaxşı təcrübə qazandıracaq. Bu il həm peşə fəaliyyətində, həm də şəxsi münasibətlərdə bir çox ziyanın yarısından qurtaracaqsınız. Bəziləri üçün il ailə qurması ilə əlamətdar olacaq.

Xərçəng bürcü: İşdə qarşılaşdığınız çətinliklərə baxmayaraq, bir çox məsələlərdə uğur qazana biləcəksiniz. Ən əsası, səbirli olun. Hadisələri sürətləndirməyə çalışmayın. İlin əvvəlində xroniki xəstəliklərin kəskinləşməsi ilə bağlı problemlər yarana bilər.

Şir bürcü: Şir bürcünün nümayəndələrinin əksəriyyətini bu il uğursuzluq gözləyir. Aktivliyiniz sayəsində uğursuzluqları dəf edəcəksiniz. Başlıcası isə özünüzə olan inamı itirməyin. Payız-qış mövsümü sizin üçün daha əlverişli olacaq.

Qız bürcü: İlin birinci yarısında karyera yüksəlişi və peşə fəaliyyətinin genişləndirilməsi ilə bağlı imkanlarınız olacaq. Lakin işə aludə olub ailənizdəki mühüm məqamları gözdən qaçıra bilərsiniz. Pis niyyətli insanlar, bədxahlar ayağınızın altını qaza bilər. Odur ki, ehtiyatlı olun. Yayın ortalarından başlayaraq problemlər tamamilə həll olunmasa da, gərginlik xeyli aradan qalxacaq.

Tərəzi bürcü: İctimai həyatda uğur qazanmaq istəyənlər ilin birinci yarısında populyarlıq qazanacaqlar. İlin ikinci yarısı fəaliyyətinizin genişləndirilməsi, təhsil və karyerada yüksəliş üçün əlverişli olacaq. Şəxsi həyatınızda da gözlənilməz hadisələr baş verəcək. Ancaq ürəyinizcə olduğundan  bunlar sizi narahat etməyəcək.

Əqrəb bürcü: Bu il əsas narahatlıq sevdiyiniz adamla və ya doğmalarınızla bağlı olacaq. Münasibətlərdə gərginlik hökm sürəcək. Yaz fəsli investisiya qoyuluşu üçün yaxşı vaxt deyil. Lakin ilin ikinci yarısında sizin maddi vəziyyətiniz xeyli yaxşılaşacaq, işinizdə də yüksəliş gözlənilir.

Oxatan bürcü: Payıza qədər maliyyə məsələlərində ehtiyatlı olun. Hər cür riskdən uzaq durun, əlinizdə olanları qoruyub saxlayın. Bu il maddi baxımdan korluq çəkə bilərsiniz, lakin bu halda belə özünüzə inamı itirməməyə çalışın. Əzminiz və çalışqanlığınız sizi çətin vəziyyətdən çıxaracaq.

Oğlaq bürcü: Bu il sürprizlərlə dolu olacaq. Bütün işlərinizi əvvəlcədən planlaşdırsanız da, gözənilməz hadisələr həyatınıza birbaşa təsir edəcək. Özü də bu, təkcə peşəniz yox, hətta şəxsi həyatınızla bağlı olacaq. İlin ikinci yarısında maliyyə problemləri yarana bilər.

Dolça bürcü: Gələn il dolçalar üçün həm böyük uğurlar, həm də uğursuzluqlar gözlənilir. Meymun ilində sizə doğma olan bir şəxslə münasibətləriniz korlana, hətta onunla ünsiyyəti birdəfəlik kəsə bilərsiniz. 2016-cı il sizin üçün həm təhsil, həm karyera  baxımından uğurlu hesab olunur. İşgüzarlığınız və məsuliyyətiniz sizə peşə sahəsində yaxşı nəticələr qazanmağa kömək edəcək.

Balıq bürcü: Təxirə saldığınız işləri ilin əvvəlində reallaşdıracaqsınız. Şəxsi həyatda ayrılıq gözlənilir. Ona görə də sevgi işlərində son dərəcə nəzakətli və ehtiyatlı olmaq lazımdır. Bütün il ərzində səhhətinizlə bağlı ciddi problemlər yarana, gizli xəstəliklər meydana çıxa bilər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir