meshurlar

2016-da nişanlanan, toy edən, boşanan məşhurlarımız

Baxış sayı: 1. 744

Geridə qoyduğumuz 2016-cı ildə bir çox məşhurlar nişanlandı, toy etdi, bir çoxu isə qurduğu ailəni dağıtdı.

Ötən il ailə quran və ayrılan məşhurların siyahısını təqdim edirik:

 

Ayrılanlar:

Lətifə Soyuöz – Müğənni 7 ildir ailəli olduğu Dəniz Soyuözlə ayrıldı. Cütlüyün bu evlilikdən bir oğlan övladı var.

Fuad Əlişov – Rejissor aktrisa həyat yoldaşı Sevinc Əlişovadan boşandı. Onların üç övladı var.

Cavid Hüseyn – İki övladı olan müğənni, bəstəkar xanımı Sevinc Ağasıyevadan ayrıldı.

Sevda Ələkbərzadə – Əməkdar artist həyat yoldaşı Kamiyardan ayrıldı.

Dilarə Kazımova – Tanınmış müğənni də ötən il ailə həyatına son qoyanlar sırasındadır. O, türkiyəli əri Mert Aslanla ayrıldı.

Ailə quranlar:

Elçin Cəfərov – Gənc müğənni keçmiş millət vəkili, xalq şairi Sabir Rüstəmxanlının qızı Aydanla ailə qurdu.

Azər İsmayılov – Aparıcı ikinci dəfə ailə qurdu.O, Nəcibə adlı xanımla nikaha daxil oldu.

Aytac Vidadiqızı – Gənc müğənni Türkiyə vətəndaşı olan Can Bekirlə ailə qurdu.

Fərid Məmmədov – Ötən il ailə quranlar arasında “Eurovision” təmsilçilərimiz də var.

Nicat Əli –  Musiqili Teatrın aktyoru da 2016-cı ildə subaylığa əlvida dedi.

Ruslan Abışov – Tanınmış futbolçu da ötən il ailə quranlar sırasındadır.

Rafael Ağayev –  Beşqat dünya çempionumuz ötən ilin iyun ayında özünə toy etdi.

Nişanlananlar:

İlkin Həsəni – Sevilən aparıcı ATV-də çalışan Aysel adlı xanımla nişanlandı.

Natavan Həbibi – Müğənni bu yaxınlarda nişanlandığını açıqladı.

Günel Zeynalova (Azəri qızı) – O, Cem Ozan Torunlar adlı şəxslə nişanlandı.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir