meshurlar

2017-ci ilin ən dəbli ULDUZ CÜTLÜKLƏRİ – FOTOLAR

Baxış sayı: 1. 649

Başa çatmaqda olan 2017-ci ildə müxtəlif səbəblərdən gündəmdən düşməyən dünyaca məşhur cütlüklər az olmadı. Bu yazıda isə ən dəbli ulduz cütlüklərinin siyahısını təqdim edirik.

Siyahının lideri bir qayda olaraq bütün dünya mətbuatında həm nümunəvi ailə həyatıyla örnək olan, həm də geyim tərzi tez-tez müzakirə edilən Bekhem cütlüyü qərarlaşıb. Məşhur modelyer Viktoriya ilə keçmiş futbolçu Devid Bekhem qüsursuz tərzi ilə hər dəfə pərəstişkarlarını sözün əsl mənasında heyran etməyi bacarır.

22 yaşlı super model Cici Hadid və onun 24 yaşlı müğənni sevgilisi Zeyn Malik çoxmilyonlu fanat ordusuna baxmayaraq, şəxsi həyatını qorumağı bacarırlar ki, bu da heyranlıq doğurmaya bilməz. Bununla belə, cütlük hərdənbir birlikdə görünür. Və təbii ki, onların geyim tərzi KİV-də və bloqçuların arasında həmişə qızğın müzakirələr doğurur. Hər halda dünyanın ən çox tələb olunan modelinin sevgilisiylə bu siyahıda qərarlaşması təəccüblü deyil. Hər şey göz qabağındadır, onlar geyinməyi bacarır.

Ailə istirahəti və ya moda gecəsi olmasından asılı olmayaraq məşhur milyarder Antuan Arnonın klassik tərzi ilə rusiyalı model Nataliya Vodyanovanın ultradəbli obrazları bir-birini hər zaman əla tamamlayır.

48 yaşı olmasına baxmayaraq, günü-gündən gözəlləşən Cennifer Lopeslə 42 yaşlı beysbolçu sevgilisi Aleks Rodrigez 2017-ci ildə ən yaxşı geyinənlər reytinqində gözlənilən cütlükdür. Aydın məsələdir ki, Ceylo dəbli və seksual geyinməyi çox xoşlayır. Yaraşıqlı idmançı sevgilisi də bu məsələdə ondan geri qalmayıb. Ceylo ilə Aleks ilboyu dəbli geyimləriylə göz oxşayıblar.

Kembric hersoginyası Keyt Middleton ilə şahzadə Uliyama cütlüyün obrazları həmişə ahəngdar şəkildə bir-biri ilə uzlaşır və pozğunluq yaratmır. Afərin!

Yeri gəlmişkən, Uliyamın qardaşı şahzadə Harri ilə evlənməyə hazırlaşan aktrisa Meqan Marklı bu siyahıya daxil etməsək, ayıb olar. Çünki cütlük təkcə sevgi məsələləriylə ictimaiyyətin diqqətini çəkmir, eyni zamanda geyim tərziylə örnək olmağa çalışırlar. Və bu, onlarda yaxşı alınır. Sükanı belə saxlasalar, İngiltrənin sevimliləri – Keytlə Uilyamı geridə qoyacaqlar.

Selena Qomes “The Weeknd” ləqəbli sevgilisi Abel Makkonen Tesfaye ilə payızda ayrılsa da, onlar ilboyu tədbirlərdə birlikdə görünmüşdülər. Bu isə o deməkdir ki, cütlük çıxışlarına çox yaxşı hazırlaşırdı. Sabiq-sevgililər dəbli geyim nümunələriylə pərəstişakrlarını sevindirməyə nail olurdu, ona görə də onları müşahidə etmək çox maraqlı idi.

Beyons ilin yarıdan çoxunu hamiləlik dövrünü keçirsə də, seksual imicini qorumağa müvəffəq oldu. O, çox mübahisəli, açıq və qəribə dəstələrə üstünlük verir, amma fakt faktlığında qalır. Pop kraliçasının bənzərsiz üslubu var və bununla mübahisə etmək olmaz. Beyonsun həyat yoldaşı Cey Zi də kifayət qədər dəbli geyinir. Odur ki, onların birlikdə çıxışı hər kəsdə güclü təsir bağışlayır.

Картинки по запросу beyonce jay z 2017

Dəbli geyinən ulduz cütlüklər siyahısına Castin Timberleyk ilə Cessika Bill, Sofiya Verqara ilə Co Manqaniello, Çenninq Tatum və Cenna Devan, Krissi Teyqen ilə Con Lecend, Bleyk Layvli ilə Rayan Reynolds, Kiara ilə Rassel Uilson, Co Lokisero ilə Cina Rodriqes, Eşton Katçer ilə Mila Kunis, Xloya Qreys Morets ilə Bekhem Bruklini, Corc ilə Amal Kluni, Kit Harinqton ilə Rouz Lesli, Liam Xemsvort ilə Mayli Sayrus və Kira Naytli ilə Ceyms Praton da daxildir. Adıçəkilən məşhurlar müxtəlif tədbirlərdə özünəməxsus dəstləriylə seçiliblər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir