2018

2018-ci ildə bütün dünyanı maraqlandıran 5 SUAL – FOTOLAR

Baxış sayı: 176

2018-ci ildə idman dünyasını maraqlandıran qaranlıq məqamları və sualları bir araya gətirdi. Bu məqamlar idmana xüsusi önəm verən ölkələrin gələcəyi ilə bağlı bir sıra məsələləri əhatə edir.

1. “San Fransisko” həndbol komandasının oyunçusu Kolin Kapernik keçən il ABŞ-da baş verən polis zorakılıqlarını protesto etmək məqsədilə ABŞ-ın milli marşı səslənərkən diz çökmüşdü. Onun bu hərəkəti mübahisələrə səbəb olmuşdu. Prezident Donald Trampın protestonu tənqid etməsi isə bu hərəkəti ənənə halına çevirmişdi. Ancaq son NFL matçlarında çox sayda idmançı bu ənənədən vaz keçdi. Bu vəziyyət isə 2018-ci ildə etirazların yox olacağını işarə edir.

2. Cənubi Koreya 9-25 fevral tarixlərində 2018 Qış Olimpiadalarına ev sahibliyi edəcək. Lakin nüvə proqramını davam etdirən Şimali Koreyanın bu olimpiadalarda iştirakı təhlükəsizlik və güvənlik məsələlərini sual altına qoyub. Rusiya və Çin təzyiqlərin qarşısını almağa çalışsa da, ABŞ və Şimali Koreya prezidentləri arasındakı nüvə dueli bölgədəki gərginliyi daha da artırır. Şimali və Cənubi Koreya qardaşlarının olimpiadaların açılış mərasimlərində tək bayraq altında çıxış etmə planları isə bütün dünyanın diqqətini ABŞ-ın planlarına yönəldir.

3. Rusiya 14 iyun -15 iyul tarixlərində 2018 Dünya Çempionatına ev sahibliyi edəcək. Ölkənin 11 ən böyük şəhərində təşkil ediləcək çempionat qərb mediasında birmənalı qarşılanmır. Rusiya 2014 Soçi Qış Olimpiadalarında olduğu kimi, bu il də qərb mediasının ən kiçik bir çatışmazlığı şişirdərək böyük problemlər çıxara biləcəyini istisna etmir. Rusiya qərblə informasiya müharibəsinə çıxsa da, futbolsevərlərə unudulmaz bir şənlik yaşadacağını vəd edir.

4. 2017-ci ildə 15 aylıq cəzası bitən məşhur tennisçi Mariya Şarapova da daxil olmaqla, idman dünyasının bir çox məşhur siması yaşıl meydanlara geri qayıtdı. Amerikalı tennisçi Serena Uilyams qızını dünyaya gətirmək üçün idmana ara verdi. Dekabr ayında geri qayıtsa da, özünü hazır hiss etmədiyi üçün Avstraliyada keçirilən çempionatdan çəkildi. 23 “Grand Slam” çempionluğu olan Serenanın 24 dəfə çempion olan Marqaret Kortun rekordunu qırmaq üçün qısa müddət ərzində kortlara geri qayıtması gözlənilir. Sağlamlığında problemlər olduğu üçün idmana ara verən amerikalı qolf ustası Tiqer Vuds da peşəkar karyerasına geri qayıtmaq niyyətindədir. 1 ildə 3 dəfə əməliyyat olan idmançının qolfa davam edib-etməyəcəyi bu il məlum olacaq.

5. Rusiya dövlətin dəstək verdiyi dopinq iddiaları səbəbilə Beynəlxalq Olimpiada Komitəsi tərəfindən Cənubi Koreyadakı Qış Olimpiadalarından kənarlaşdırıldı. Komitənin qərarına görə, rusiyalı idmançılar yalnız sərbəst şəkildə yarışa qatıla bilərlər. Bununla yanaşı, Rusiya milli komandasının 2018 Paralimpiya Olimpiyadasından da xaric ediləcəyi gözlənilir. Bu məsələyə isə bu ilin ilk yarısında aydınlıq gətiriləcək.

Zümrüd




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir