2018

2018-ci ilin ən uğurlu rəqəmləri: İt ilində nələr baş verəcək? – FOTOLAR

Baxış sayı: 1. 403

2017-ci ili başa vurduq, artıq təzə ilin ilk günlərini yaşayırıq. Hər il olduğu kimi, bu il də insanlara ilin necə keçəcəyi və hansı il olduğu maraqlıdır.

Çin təqviminə görə, ötən il xoruz ili idi. Artıq yeni günlərini yaşadığımız 2018-ci il isə sarı it ilidir. Bu sarı it ilində nələr baş verəcək? Kimə düşərli, kimə uğursuz olacaq?

Beləliklə,  2018-ci il – sarı it ili haqqında maraqlı məlumatları təqdim edirik.

12 heyvanlı Çin bürc təqviminə görə, hər il bir heyvana sıra gəlir. Eyni zamanda bu bürclərin hər biri ayrılıqda 5 alt qrupa ayrılır.  Bu alt qruplar ənənəvi bürclər sistemi kimi bölünür.

.

Alt qrupda olan bu 5 elemənt odun, atəş, torpaq, metal və sudur.

Картинки по запросу chinese horoscopes

Bir çox insan artıq it ilinin başlandığını zənn edir. Lakin Çin təqviminə görə, sarı iti ili 16 fevraldan başlayır. Sadaladığımız alt qruplardan isə torpaq qrupuna daxildir.

İnanclara görə, hər ilin bəzi şanslı və şansız tərəfləri var. Bu ilki sarı it ilinin də şansı və şansız tərəfləri açıqlanıb.

 

Çin təqviminə görə, sarı it ilinin ən uğurlu rəqəmləri 3, 4 və 9, ən uğursuz rəqəmləri isə 1, 6 və 7 olacaq.

Uğur gətirəcək rənglər yaşıl, bənövşəyi və qırmızı, uğursuz rənglər isə göy, ağ və qızılı rəng olacaq. Sarı it ilinin ən uğurlu ayları iyun, oktyabr və dekabr olacaq. Ən uğursuz aylar isə may və avqustdur. Təbii ki, bütün bunlar Çin təqviminə görə hesablanıb.

Sarı it ilində dünyaya gələn insanların xüsusiyyətləri də çox maraqlıdır. Sarı it ilində dünyaya gələn insanlar dürüst və dostluğa sadiq olaraq bilinir.

Daha bir özəllikləri isə istiqanlı tədbirli və sağlamfikirli olmalarıdır. Sarı it ilində dünyaya gələn insanlar sevdikləri şəxslərə sonsuzadək sadiq olub, onlara qarşı hədsiz dərəcədə mühafizəkar olurlar.

Картинки по запросу Собака

Çin astrologiyasının təqviminə görə, 1946, 1958, 1970, 1982, 1994 və 2006-cı illərdə dünyaya gələnlər it ilinin xarakterlərinə sahibdir.

İt ilində dünya gələn qadınların və kişilərin xüsusiyyətləri də ayrıdır.

İt ilində dünyaya gələn qadınlar öz qayda-qanunları ilə yaşayır. Sürprizləri və ani dəyişiklikləri sevmirlər. Tənqid etməyi çox sevirlər.

İt ilində dünyaya gələn kişilər isə sübhəcil, ağıllı, yardımsevər və istiqanlı olurlar.

İt ilində dünayaya gələn bir çox məşhur siyasətçilər də var.

Misal olaraq, ABŞ prezidentləri Bill Klinton, Corc Buş və Donald Tramp və Böyük Britaniyanın baş naziri Uiston Çörçil kimi məşhur siyasətçiləri qeyd etmək olar.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir