taninmislar

2019-cu ildə itirdiyimiz sənət adamları – SİYAHI

Baxış sayı: 169

Sona çatmaqda olan 2019-cu il sənət aləmində bəziləri toylarla, boşanmalarla gündəmə gəlib. Eyni zamanda bu il itirdiyimiz sənət adamları da olub. Beləliklə, 2019-cu ildə dünyasını dəyişən sənət nümayəndələrinin siyahısını təqdim edirik:

Məşhur bəstəkar, SSRİ və Azərbaycanın Xalq artisti Arif Məlikov 85 yaşında vəfat edib.

Aktrisa Məleykə Ağazadə aprel ayında dünyasını dəyişib. O, “Ulduz” filmindəki “Nazik” obrazı ilə tamaşaçılara tanış idi.

Əməkdar artist Nağəddin Məmmədov 2019-cu ildə itirdiklərimiz sırasında olub. Gəncə Dövlət Kukla Teatrının aktyoru 52 yaşında dünyasını dəyişib.

Azərbaycan Dövlət Akademik Musiqili Teatrının aktrisası Elmira Hidayətova bu ilin iyulunda vəfat edib.

Azərbaycanın Xalq rəssamı Tahir Tahirov da 2019-cu ildə vəfat edib.

2019-cu ildə  Əməkdar elm xadimi, akademik Vasim Məmmədəliyev vəfat edib.

Azərbaycan boyakarı, Xalq rəssamı Altay Hacıyev bu il dünyasını dəyişib.

Meyxanaçı Aydın Xırdalanlı bu ilin martında uzun xəstəlikdən sonra ölüb.

Aparıcı Ceyran Nəriman 2019-cu ilin yanvarında vəfat edib. O, uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkib.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir