EV

2019-cu ildə ev dekorasiyasında hansı trendlər olacaq? – “EVİN İŞİ”

Baxış sayı: 1. 561

Artıq cari ilin 10-cu ayını başa vurmaq astanasındayıq. Başqa sözlə, 2019-cu ili qarşılamağımıza elə də çox vaxt qalmayıb. Artıq ev dizaynlarında 2019-cu ilin dəbi özünü göstərməyə başlayıb “Gencaile.az” saytının “Evin işi” rubrikasında bu dəfə gələn il ev dekorasiyasında bizi gözləyən trendlər haqda məlumat verəcəyik.

 

Qara rəng – Tündlər dəbdə olacaq, qara rəng isə ev dekorasiyasında əsas yer tutacaq. Qapı, çılçıraq və digər əşyaları qara rəngdə etməniz məsləhətdir.

 

Adaçayı yaşıl rəng də bu il trend olacaq. Evdə divar kağızlarınız o rəngdə olmasa belə, dibçəklərdən istifadə edə bilərsiniz.

Mozaika bəzəkli divarlar – daha çox 80-ci illərdə dəbdə olan trend geri qayıdır.

2018-ci ildə olduğu kimi, 2019-cu ildə də evin hər küncündə bitkilərin dekorasiya kimi istifadəsi dəbdə olacaq.

 

Bej rəngi də gələn il dəbdə olan rənglər arasında olacaq. Xüsusilə bu rənglə evdə hər şy bir-birini tamamlamalıdır.

 

Yumşaq mebellər hər il olduğu kimi gələn il də dəbdən düşməyəcək.

 

FATEH




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir