toy

2019-cu ilin GƏLİNLİK TRENDLƏRİ

Baxış sayı: 1. 917

Bu il evlənməyə hazırlaşan xanımlar, əgər siz hələ də gəlinlik seçimində tərəddüd edirsizsə, illərlə xəyalını qurduğunuz bu anın tarixə düşməyini istəyirsinizə, 2019-cu ilin təqdim etdiyimiz gəlinlik trendlərinə diqqət edin.

Uzun qollu gəlinlik paltarları qadına zərif və sadə görünüş bəxş etdiyi üçün heç vaxt dəbdən düşmür.

Bu il də dizaynerlər tərəfindən qol hissəsi uzun qabarıq gəlinliklərə üstünlük veriləcək.

Heç vaxt dəbdən düşməyən çiçəklərlə hazırlanan geyimlərə bu il də çox rast gələcəyik.

Dizaynerlər bildirirlər ki, krujeva və tül ilə hazırlanan modellər bu trenddə yer alıb.

Əgər  dekoltəli model sizi narahat etmirsə, olduqca gözəl və romantik bir görünüş bəxş edən sinə dekoltəli paltarlara üstünlük verə bilərsiz.

2019 il üçün şalvarla hazırlanan modellər də sizə həm qeyri-adi görünüş, həm də rahatlıq bəxş edəcək.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir