2022-burc

2022-ci ilin ən şansı bürcləri hansılardır?

Baxış sayı: 584

2022-ci il bürclərə  əhəmiyyətli  dəyişikliklər vəd edir. Xüsusilə, diqqət çəkən astroloji hadisə Yupiter, Saturn, Venera, Ay, Neptun və Marsın 12 iyunda baş tutacaq paradı olacaq. Buna görə ilin hadisələr baxımından qarışıq keçəcəyi gözləniləndir. İlin ikinci yarısında birinci yarısının  tendensiyalarının pozula bilər.

Bərəkət, bolluq, şans planeti olan Yupiter, 2022-ci ildə balıq bürcündə bir illim səyahətə başlayır.  Bu cəhətdən bürclərin şanslı olduğu sahələr də dəyişəcək.

 

Qoç bürcü

2022-ci ildə yeni istedadlarınız kəşf olunacaq. Ürək səsinizə qulaq asın. Kariyerada sizi yüksəliş gözləyir.

 

Buğa bürcü

2022-ci il arzularınıza doğru addım atmaq üçün düzgün zamandır. Əsla “mən xəyal qurmuram” deməyin. Çünki belə uğurlu il qarşınıza 12 ildən sonra çıxacaq. İzdihama qarışmamalı, xəyallarınız üçün kiçik addımlar atmalısınız. Həyatın sizi necı dəstəklədiyinə şahid olacaqsınız.

 

Əkizlər bürcü

Kariyeranız mövzusunda son on iki ilin ən şanslı dövrünə girirsiz. Yoruldum, sıxıldım, imtina edirəm deməyin. 2022-ci ildə, nə etmək istəyirsinizsə, edin. Cəsarətli olun.

 

Xərçəng bürcü

2022-ci ildə xaricdə yaşamaq, kariyera qurmaq, bol-bol sıyahət ermək istəyənlər gözlədikləri dəstəyi alacaqlar. Bu sahədə olduqca şanslı və bərəkətli olacaqsınız. Kitab yazmaq, nəşriyyatla bağlı xəyalları olanlar qaşrılarına çıxan fürsəti mütləq dəyərləndirsinlər.

 

Şir bürcü

2022-ci ildə investisiyalarınızın nəticəsinj görəcəksiz. Əgər məhkəmə iddiası varsa, sona çata bilər və yaxşı kredit imkanlarıl əldə edə bilərsiz.  Vərəsəlik kimi məsələlər gündəminizdə olacaq. Bu il də dəyişiklikdən qorxmamalı, yeni ilə açıq olmalısınız. İl sizin üçün çox məhsuldar olacaq.

 

Qız bürcü

Evlilik mövzusunda ən şanslı olduğunuz ildir. 12 illik gözləntilərinizin qarşılığını nəhayət görəcəksiz. İşi-gücü atıb, ətrafınıza yaxşıca baxın. Sərgilərə, dəvətlərə, konsertlərə getməli, sosiallaşmalı, fürsəti əldən verməməlisiniz. 2022 evlilik ili ola bilər. Ailəli qız bürcləri də, münasibətlərindəki bütün problemlərini həll edəcək.

 

Tərəzi

2022-ci ildə rutininiz dəyişəcək. Ola bilər ki, iş yerinizi də dəyişəsiz. Tərəzilər sağlamlıqları ilə bağlı gözəl xəbər alacaq.  Yeni iş fürsətləri sizi gözləyir. Öz işini qurmaq istəyən ya da dəyişikliyi düşünən tərəzilər bu ərəfədə yeniliklərə hazır olmalıdır.

 

Əqrəb bürcü

2022-ci ildə sevgidə ən şanslı bürc olacaqsız. Əylənəcəyiniz, fərqli ortamlara girəcəyiniz ehtimak olunur. Uzun illə boyu bu ilin sizin üçün nə qədər  gözəl keçdiyini xatırlayacaqsız. Ailəli olanlar isə uşaq məsələsində olduqca şanslıdırlar.

 

Oxatan bürcü

2022-ci ilin gündəmi ev almaq və dəyişdirmək olacaq. Bəziləri şəhər dəyişdirə , bəziləri isə daşınmaz əmlaka investisiya qoya bilər. Ailəvi mövzularda illərdir bitməyən problemlər həllini tapacaq.

 

Oğlaq bürcü

2022-ci ildə səyahət, təhsil gündəmdə olacaq. Yeni insanlarla tanış olacaqsız. Bəziləri ticarətlə maraqlanmağa başlayacaq, digərləri isə zamanını səyahətlərə sərf edəcək.

 

Dolça bürcü

Həm maddi, həm də mənəvi baxımdan  bərəkətli il olacaq.  Yeni investisiyalar, yatırımlar gözlənilir. Bu ilin dəyərini mütləq bilməlisiniz. 2022-ci il pul məsələsində sizin üçün ən şanslı il sayıla bilər.

 

Balıq bürcü

Yupiter bu bürcdə səyahət etdiyi üçün ən şanslı bürc olacaqsız. Nəyə əl atsanız, işiniz rast gətirəcək. İliniz bərəkətli olacaq. Addım atmaqdan,  istəməkdən, tələb etməkdən qorxmayın. 2022-ci il balıq bürcünün ilidir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir