ayaqqabi

2023-ün ən dəbli tufliləri

Baxış sayı: 598

Biləkdə bağlanan “Meri Ceyn” tufliləri dizaynerlərin 2023-cü ildə diriltdiyi keçmiş tendensiyalardan biridir. Bu model bir neçə dəfə populyarlıq zirvəsini yaşayıb, xüsusilə 30, 60 və 90-cı illərdə. “Meri Ceyn” ayaqqabılarına dünya miqyasında şöhrət və sevgi bəxş edən əsas stil ikonları model Tviqqi və “Sex and City” seriyasının kult qəhrəmanı Kerri Bradşoudur.

2023-cü ildə bu stil dəbə yeni formatda qayıdacaq. Belə ki, bir çox dizayner yaz-yay kolleksiyalarında tufliləri yeni versiyalarda təqdim edib.

Yeni mövsümdə ənənəvi dəyirmir burun kvadrat və kəskin burunlu modellərlə əvəz olunub. Məsələn, “Prada” bir cüt ayaqqabıda iki böyük tendensiyanı birləşdirib: pərçimli altlıq və maili daban. Belə bir klassik tufli daha maraqlı görünür, eyni zamanda universallığını qoruyur.

Prada весна-лето 2023

Qeyri-adi daban, əslində sizi klassik modellərdən daha tərzli göstərə bilər, odur ki, qarşıdan gələn yaz-yay mövsümü üçün ən yaxşı seçimdir. Bununla belə, ayaqqabılarda mürəkkəb dizaynın olması mütləq şərt deyil, klassik modelini də seçə bilərsiniz. Əmin olun ki, qırmızı, çəhrayı və ya yaşıl kimi qeyri-adi rənglər başqalarında daha effektiv təsir buraxacaq. Belə tufliləri demək olar ki, istənilən geyimlə geyinə bilərsiniz: paltar və ətəklərdən tutmuş cins şalvarlara qədər. Yeri gəlmişkən, corablarla fərqli stil yaratmaq da olar.

Sportmax весна-лето 2023

Sandy Liang весна-лето 2022

Dries Van Noten весна-лето 2023

Coach весна-лето 2023

Chanel весна-лето 2023

Ирина Шейк




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir