GEYIM

2023-ün yazının ən önəmli SEÇİMİ

Baxış sayı: 477

Stilist Roqov 2023-cü ilin yaz mövsümünün olmazsa olmazını açıqlayıb.

“Gencaile.az” saytı xarici KİV-ə istinadən xəbər verir ki, stilist Aleksandr Roqov bu barədə şəxsi “Telegram” kanalında qeyd edib. O, ağ köynəyi yazın moda meylləri ilə əlaqələndirib.

Moda stilistinin sözlərinə görə, ən cəsarətli qadınlar uzun köynəyi paltar kimi geyinə və ya çox qısa şortla birləşdirə bilərlər. Məsələn, o, qara kəmərlə ağ kişi köynəyi və hündürdaban ayaqqabı geyinmiş qızları çox dəbli adlandırıb. O, paylaşımında “Sex and the City” teleserialının baş qəhrəmanı Kerri Bredşou obrazının fotolarını dərc edib.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir