24

24 barmaqla doğulan körpə

Baxış sayı: 1. 511

Bu körpə 24 barmaqla doğulub. 24 yaşlı ingilis Reyçl Hendrinin hamiləliyi normal keçib. Dəfələrlə həkim müayinəsində olan qadına heç bir problem olmadığı, körpəsinin sağlam doğulacağı deyilib. Lakobun doğulmasına ailə sevinsə də qısa zamandan sonra onlar bir-birinin ardınca ortaya çıxan problemlərdən narahat olmağa başlayıblar. Belə ki, uşağın 12 əl və 12 ayaq barmağı, görmə qabiliyyətində problemlər, eləcə də ürəyində dəlik olduğu aşkarlanıb. Hazırda həkimlər bu problemlərin səbəblərini, nədən hamiləlikdə üzə çıxmadığını öyrənirlər. Ana isə övladını çox sevdiyini, lakin onu bu şəkildə əsla məktəbə göndərməyəcəyini deyib. “Çünki uşaqlar çox qəddar ola bilər. Onun psixologiyasının pozulmasını istəmirəm”.

Həkimlər uşağın ürəyindəki dəliyin zamanla qapanacağını, artıq barmaqların isə 12-ci ayından sonra kəsilə biləcəyini deyirlər.



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir