idman

25 dəqiqə yeri, 7 il yaşa

Baxış sayı: 1. 605

Almaniyada Saarland Universitetinin alimlərinin apardıqları yeni araşdırmalar nəticəsində məlum olub ki, 25 dəqiqə surətli yerimək insan ömrünü təxminən 7 il artırır. Araşdırma zamanı siqaret çəkməyən, lakin davamlı idman etməyən 30-60 yaşlı şəxslər üzərində araşdırma aparan mütəxəssislər onlara 6 ay davamlı şəkildə idman etdiriblər. Təcrübənin sonunda onlarda qanın keyfiyyətinin xeyli yaxşılaşdığı müəyyən edilib. İdmanın köməyi ilə adamların ömrünün 3-7 il artacağı güman edilir. Araşdırmanın nəticələri Avropa Kardioloqlar Cəmiyyətinin illik toplantısında açıqlanıb.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir